Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

Coşqun Qarabulud

Şəki Ensiklopediyası səhifəsi
WikiSysop (Müzakirə | töhfələr) (→‎Ədəbiyyat) tərəfindən edilmiş 00:20, 11 yanvar 2021 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Coşqun Qarabulud
türk.: Coşkun Karabulut
Coşqun Qarabulud
Coşqun Qarabulud.
Doğum tarixi 5 noyabr 1956 (1956-11-05) (67 yaş)
Doğum yeri Sarıqamış ilçəsi, Qars ili, Flag of Turkey.svg Türkiyə
Təhsili Hacəttəpə Universiteti, sosiologiya bölməsi ( – 1980)

Coşqun Qarabulud ( türk.: Coşkun Karabulut; d. 5 noyabr 1956-cı ildə) – tanınmış türk şairi; 2017-ci ildə Şəkidə olarkən, bildirmişdir ki, anasının ailəsi vaxtilə Şəkidən Türkiyəyə miqrasiya etmişdir.

Haqqında məlumatlar

5 noyabr 1956-cı il tarixdə Türkiyənin Qars ilinin Sarıqamış ilçəsində anadan olub.

Təhsili

1975-ci ildə Sarıqamış liseyini

1980-cı ildə Hacəttəpə Universitetinin sosiologiya bölümünü bitirib.

Əmək fəaliyyəti

1981 – 2002-ci illərdə Mersin, Adana, Fethiye və Kuşadasıda müxtəlif bankların filiallarında əməkdaş, yaxud müdir vəzifəsində işləyib və 2002-ci ildə təqaüdə çıxıb.

2002 – 2005-ci illərdə Fəthiyədə (Muğla) otel işlədib.

2005 – 2014-cü illərdə isə Ölüdəniz bələdiyyəliyində (Fəthiye/Muğla) mədəniyyət evinin (türk.: sanatevi) müdiri olub.

Ədəbi yaradıcılığı

İlk şeiri Mersində çıxan “Senfoni” jurnalında, sonrakı şeir və yazıları isə “Şiir Defteri”, “Maki”, “İlkyaz”, “Tını”, “Lacivert”, “Aykırı Sanat”, “Söylem”, “İzmir İzmir”, “Edebiyat Güncesi”, “Afrodisyas Sanat”, “Turunç”, “Adana Çağdaş Yaşam”, “Karabük Tay” və “Yaşam Sanat” jurnallarında dərc olunub.

Kitabları

  1. Taramak Gökyüzünü (1993);
  2. Bizim Olan Ne Var ki (1996);
  3. Aklımda Sen (2002);
  4. Çizgi (2007);
  5. Beni Zamansız Bırak (2010);
  6. Pılı Pırtı Şiirler (2012).

Ədəbiyyat

  • "Coşkun Karabulut". http://teis.yesevi.edu.tr/ (Türkçe). Türk Edebiyatı İsimler Sözlüğü. 2 Nov 2020 - 24 Nov 2020 tarixində arxivləşdirilib.
  • "Türkiyəli şair Coşkun Karabulut Şəkidə..." https://sheki.arbtv.az/ (azərb.). ARB Şəki. 10 Oktyabr 2017. 10 Jan 2021 tarixində arxivləşdirilib.
  • "Coşkun Karabulut". https://www.biyografya.com/ (Türkçe). Biyografya. 12 Feb 2016 – 25 Apr 2017 tarixində arxivləşdirilib.

Həmçinin, bax:

Şablon:Yaxşı məqalə