Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

Coşqun Qarabulud

Şəki Ensiklopediyası səhifəsi
Aydinsalis (Müzakirə | töhfələr) tərəfindən edilmiş 22:52, 15 yanvar 2021 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Coşqun Qarabulud
türk.: Coşkun Karabulut
Coşqun Qarabulud
Coşqun Qarabulud.
Doğum tarixi 5 noyabr 1956 (1956-11-05) (67 yaş)
Doğum yeri Sarıqamış ilçəsi, Qars ili, Flag of Turkey.svg Türkiyə
Təhsili Hacəttəpə Universiteti, sosiologiya bölməsi ( – 1980)

Coşqun Qarabulud (türk.: Coşkun Karabulut; d. 5 noyabr 1956-cı ildə) – tanınmış türk şairi və sabiq türk bank işçisi. Ana babası vaxtilə Şəkidən Türkiyəyə köçənlərdən olub və bu səbəbdən də 2017-ci ilin oktyabr ayının 8-də, 115 saylı Şəki kənd ikinci seçki dairəsindən Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilmiş Cavanşir Feyziyevin dəvəti ilə Azərbaycana gəlib, o cümlədən, oktyabr ayının 10-da Şəkidə olub və Şəki şəhər İcra Hakimiyyəti rəhbərliyi tərəfindən qəbul edilib. Oktyabrın 11-də isə Şəki Dövlət Regional Kollecində Coşqun Qarabuludun şərəfinə musiqili proqram nümayiş etdirilmişdir.

Haqqında məlumatlar

5 noyabr 1956-cı il tarixdə Türkiyənin Qars ilinin Sarıqamış ilçəsində anadan olub.

Təhsili

1975-ci ildə Sarıqamış liseyini

1980-cı ildə Hacəttəpə Universitetinin sosiologiya bölümünü bitirib.

Əmək fəaliyyəti

1981 – 2002-ci illərdə Mersin, Adana, Fəthiyə və Quşadasıda müxtəlif bankların filiallarında əməkdaş, yaxud müdir vəzifəsində çalışıb və 2002-ci ildə təqaüdə çıxıb.

2002 – 2005-ci illərdə Fəthiyədə (Muğla) otel işlədib.

2005 – 2014-cü illərdə isə Ölüdəniz bələdiyyəliyində (Fəthiye/Muğla) mədəniyyət evinin (türk.: sanatevi) müdiri olub.

Ədəbi yaradıcılığı

İlk şeiri Mersində çıxan “Senfoni” jurnalında, sonrakı şeir və yazıları isə “Şiir Defteri”, “Maki”, “İlkyaz”, “Tını”, “Lacivert”, “Aykırı Sanat”, “Söylem”, “İzmir İzmir”, “Edebiyat Güncesi”, “Afrodisyas Sanat”, “Turunç”, “Adana Çağdaş Yaşam”, “Karabük Tay” və “Yaşam Sanat” jurnallarında dərc olunub.

Kitabları

  1. Taramak Gökyüzünü (1993);
  2. Bizim Olan Ne Var ki (1996);
  3. Aklımda Sen (2002);
  4. Çizgi (2007);
  5. Beni Zamansız Bırak (2010);
  6. Pılı Pırtı Şiirler (2012).

Coşqun Qarabulud 2017-ci ildə Şəkidə olarkən (fotoşəkillər)

Coşqun Qarabulud 2017-ci ildə Şəkidə olarkən (video)

Ədəbiyyat

  • "Coşqun Qarabulud Şəkidə coşqu ilə qarşılandı". https://manera.az/ (azərb.). manera.az. 11 Jan 2021 tarixində arxivləşdirilib.
  • "Türkiyəli şair Coşkun Karabulut Şəkidə..." https://sheki.arbtv.az/ (azərb.). ARB Şəki. 10 Oktyabr 2017. 10 Jan 2021 tarixində arxivləşdirilib.
  • "Coşkun Karabulut". http://teis.yesevi.edu.tr/ (Türkçe). Türk Edebiyatı İsimler Sözlüğü. 2 Nov 2020 - 24 Nov 2020 tarixində arxivləşdirilib.
  • "Coşkun Karabulut". https://www.biyografya.com/ (Türkçe). Biyografya. 12 Feb 2016 – 25 Apr 2017 tarixində arxivləşdirilib.

Şablon:Yaxşı məqalə