Coşqun Məmmədov

Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur.
Şəki Ensiklopediyası səhifəsi
Aydinsalis (müzakirə | redaktələr) (→‎Əmək fəaliyyəti) tərəfindən edilmiş 21:53, 23 may 2022 tarixli redaktə
Coşqun Məmmədov
Məmmədov Coşqun İsrafil oğlu
Coşqun Məmmədov
Coşqun Məmmədov.
Doğum tarixi 23 may 1979 (1979-05-23) (44 yaş)
Doğum yeri Baş Şabalıd, Şəki rayonu, Azərbaycan SSR, SSRİ
Vətəndaşlıq SSRİ Azərbaycan
İş yeri AMEA Genetik Ehtiyatlar İnstitutu Şəki Elmi Tədqiqat Bazası (bazanın müdiri)
Təhsili

 • Azərbaycan Kənd Təsərrüfatı Akademiyası (indiki Azərbaycan Dövlət Aqrar Universiteti), aqronomiya fakültəsi, bakalavriat şöbəsi

 • AMEA Genetik Ehtiyatlar İnstitutu, genetika ixtisası, magistratura şöbəsi
facebook səhifəsi

Coşqun Məmmədov — AMEA Genetik Ehtiyatlar İnstitutu Şəki Elmi Tədqiqat Bazasının müdiri, AMEA Genetik Ehtiyatlar İnstitutunun dissertantı.

Haqqında məlumatlar

23 may 1979-cu il tarixdə Şəki rayonunun Baş Şabalıd kəndində anadan olub.

Təhsili

1996 – 2000-ci illərdə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasında (indiki Azərbaycan Dövlət Aqrar Universiteti) bakalavr pilləsi üzrə,

2005 – 2008-ci illərdə isə AMEA Genetik Ehtiyatlar İnstitutunda magistr pilləsi üzrə təhsil alıb.

Əmək fəaliyyəti

2004 – 2021-ci illərdə AMEA Şəki Regional Elmi Mərkəzində işləyib; o cümlədən,

2004 – 2017-ci illərdə böyük laborant,

2017 – 2021-ci illərdə isə Elmi Mərkəzin Bitki Biomüxtəlifliyi və Genofond şöbəsinin rəhbəri vəzifəsini tutub.

2021-ci ilin avqust ayından AMEA Genetik Ehtiyatlar İnstitutu Şəki Elmi Tədqiqat Bazasının müdiridir.

Hərbi xidmətdə

2001 – 2003-cü illərdə zabit kimi həqiqi hərbi xidmətdə olub.

Elmi fəaliyyəti

AMEA Genetik Ehtiyatlar İnstitutunun dissertantıdır.

Çapdan çıxmış 15 elmi əsərin müəllifidir.

Ailəsi

Ailəlidir, 1 qızı və 1 oğulu var.

Ədəbiyyat

  1. Genofond və Biomüxtəliflik şöbəsi : [arx. 27 Jul 2017 - 15 Jun 2021] // AMEA Şəki Regional Elmi Mərkəzi. — Müraciət tarixi: 23.05.2022.