Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

Dürrə Məmmədova

Şəki Ensiklopediyası səhifəsi
WikiSysop (Müzakirə | töhfələr) (→‎Vəfatı) tərəfindən edilmiş 16:19, 25 dekabr 2020 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Dürrə Məmmədova
Məmmədova Dürrə Əlabbas qızı
Dürrə Məmmədova
Dürrə Məmmədova
Doğum tarixi 25 dekabr 1923(1923-12-25)
Doğum yeri Nuxa, Nuxa qəzası, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Transcaucasian SFSR.svg ZSFSR, Flag of the Soviet Union.svg SSRİ
Vəfat tarixi 25 avqust 2005 (81 yaşında)
Vəfat yeri Bakı, Flag of Azerbaijan.svg Azərbaycan
Dəfn yeri Sona qəbiristanlığı, Şəki, Flag of Azerbaijan.svg Azərbaycan
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Təhsili Bakı Əczaçılıq Texnikumunu ( – 1940)
Mükafatları "Qırmızı Ulduz" ordeni II dərəcəli "Vətən Müharibəsi" ordeni ICRC Florence Nightingale Medal BAR.svg

Dürrə Məmmədova (1923 – 2005) — Böyük Vətən müharibəsi iştirakçısı olmuş azərbaycanlı qadın-tibb işçisi, baş leytenant, Azərbaycan SSR əməkdar səhiyyə işçisi, “Florens Naytingel” medalı ilə təltif olunmuş cəmi 12 azərbaycanlı tibb bacısından biri. 1995 və 2000-ci illərdə Moskvada Qızıl Meydanda keçirilən paradlarda iştirak edib.

Haqqında məlumatlar

25 dekabr 1923-cü ildə Nuxada anadan olub.

Təhsili

1940-cı ildə Bakı Əczaçılıq Texnikumunu bitirib.

Hərbi xidmətdə

22 iyun 1941-ci il tarixdə Böyük Vətən müharibəsinin başlamasından sonra könüllü olaraq cəbhəyə gedib. Əvvəlcə Novorossiysk şəhər 43 №-li hərbi-dəniz hospitalının sərəncamına göndərilib, sonra Novorossiysk Hərbi-Dəniz Bazasının sanitar anbarına köçürülüb. Burada tibb işçisi kimi 18-ci Ordunun Qara dəniz hərbi hissələrinin dərmanlarla, sarğı ləvazimatları və tibbi avadanlıqlarla təchizi məsələləri ilə məşğul olmuş, yaralılara da yardım göstərmişdir. Sovet qoşunları Novorossiysk şəhərini tərk etdikdən sonra isə Gəlincik və Karbardinkada döyüş meydanlarında fəaliyyət göstərib. Xidmətlərinə görə bir neçə orden 13 medalla təltif olunub.

1948-ci ilədək hərbi qulluqda saxlanılmış, Hərbi-Dəniz Donanmasının 41 və 45 №-hospitallarında aptek müdiri vəzifəsində çalışmışdır.

Əmək fəaliyyəti

1940 – 1941-ci illərdə Nuxadakı 85 №-li aptekdə işləyib.

1948 – 1961-ci illərdə əmək fəaliyyətini Leninqradda, Uzaq Şərqdə, Port-Arturda (ÇXR),

1961-ci ildən isə Bakıda – 329 saylı aptekdə davam etdirib.

1978-ci ildə fərdi pensiyaya çıxıb.

İctimai aktivliyi

3 dəfə Bakı şəhəri Sovetinə deputat,

2 dəfə SSRİ Müharibə Veteranları Komitəsinin plenumuna üzv seçilib.

Digər

1998-ci ildə Azərbaycan Respublikasının prezidenti Heydər Əliyevlə görüşdə, Heydər Əliyev onun cavan qalmasına və səliqəsinə işarə edərək belə deyib:

"

Mən səni artıq 30 ildir ki, tanıyıram. Bu müddət ərzində sən heç dəyişməmisən. 30 il əvvəl də elə belə idin.

"

Mükafatları

Vəfatı

25 avqust 2005-ci il tarixdə – 81 yaşında, Bakıda vəfat edib. Vəsiyyətinə uyğun olaraq, Şəkidəki Sona qəbiristanlığında dəfn olunub.

İstifadə edilmiş mənbələr

  • Mete Ə. Şəfqətli döyüşlər // O torpağın övladları. — Bakı: Nurlan, 2006. — Səhifələrin sayı:  608. — Səh.: 355 – 356. — 500 nüsx.
  • Naibə (7 – 10 may, 2011). "Qələbə günündən qələbə gözləntisi". http://anl.az/ (azərb.). “Həftə içi” qəzeti. 23 Dec 2020 tarixində arxivləşdirilib.
  • Novruz Aslanov (3 May 2011). "Böyük Hərəkat günü". https://modern.az/ (azərb.). Modern.az. 24 Dec 2020 tarixində arxivləşdirilib.
  • Əsədov Q. (Dürrə Məmmədovadan bəhs edilən səhifə) // Şəki və onun təbabət tarixi. — Bakı: “Qanun”, 2016. — Səh.: 64. — ISBN 978-9952-36-282-4. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 24 dekabr 2020.

Şablon:Yaxşı məqalə