Dinarə Əliyeva

Şəki Ensiklopediyası səhifəsi
WikiSysop (müzakirə | redaktələr) (→‎Filmoqrafiya) tərəfindən edilmiş 13:08, 20 dekabr 2020 tarixli redaktə
Dinarə Əliyeva
Əliyeva Dinarə Fuad qızı
Dinarə Əliyeva
Dinarə Əliyeva.
Şəxsi məlumatlar
Doğum tarixi 17 dekabr 1980 (1980-12-17) (43 yaş)
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Peşəsi opera ifaçısı
Atası Əliyev Fuad Həsən oğlu
Anası Naida Kazım qızı Əliyeva

Mükafatları "Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi" fəxri adı — 2010 "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 2018
http://dinaraalieva.com
Commonsda da Dinarə Əliyeva ilə əlaqəli mediafayllar var

Dinarə Əliyeva – Azərbaycan və Rusiya opera ifaçısı (soprano), Böyük teatrın (Moskva, Rusiya Federasiyası) solisti, Azərbaycan Respublikasının xalq artisti (2018).

Dinara Əliyeva, Traviata operası, Violetta obrazında (soprano) və Elçin Əzizov, Jorc Jermon, (Alfredonun atası) obrazında (bariton), Böyük Teatr (Moskva, Rusiya Federasiyası), 2013.

Haqqında məlumatlar

17 dekabr 1980-cı il tarixdə Bakıda anadan olub.

Təhsili

1998-ci ildə fortepiano üzrə Bülbül adına orta ixtisas musiqi məktəbini bitirib.

2004-cü ildə isə Bakı Musiqi Akademiyasını bitirib.

Daha sonra Bakı Musiqi Akademiyasının aspiranturasında təhsil alıb.

Əmək fəaliyyəti

2002 – 2005 illərdə Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub.

2009-cu ildən Böyük teatrın (Moskva, Rusiya federasiyası) solistidir.

Uğurları

1998-ci ildə Bülbül adına məktəbin şagirdi olarkən Vokalçıların orta ixtisas musiqi məktəbləri üzrə keçirilən VII Respublika müsabiqəsində iştirak etmiş və müsabiqənin laureatı olmuşdur.

2005-ci ildə Vokalçıların Bülbül adına III Beynəlxalq müsabiqəsində iştirak etmiş, üçüncü yer tutmuşdur.

2007-ci ildə Maria Kallas festivalının,

2009-ci ildə Yelena Obraztsova beynəlxalq mahnı müsabiqəsinin,

2010-ci ildə Plasido Dominganın mahnı müsabiqəsinin laureatı olub.

Təltif və mükafatları

Ailəsi

Atası: Əliyev Fuad Həsən oğlu – M.Əliyev adına Teatr/İncəsənət İnstitutunda qrim ixtisası üzrə müəllim olub.

Ata babası: Həsən Hacıabdulkərim oğlu Əliyev – 1910-ci ildə Nuxada anadan olub. Müxtəlif illərdə Bakı Teatr texnikumunun direktoru, Teatr/İncəsənət İnstitutunda müəllim, “Azərbaycanfilm” kinostudiyasının dublyaj rejissoru vəzifəsində çalışıb. 1970-ci ildə Bakıda vəfat edib.

Anası: Naida Kazım qızı Əliyeva – əslən Dağıstandandır, uzun illər Bülbül adına Musiqi Məktəbində fortepiano müəllimi işləyib. Hal-hazırda (2020) Moskvada yaşayır.

Ana babası: Kazım Əliyev – Dağıstan MSSR-in xalq artisti və Dağıstan Dövlət Rəqs Ansamblının bədii rəhbəri olub.

Filmoqrafiya

  1. Bir anın həqiqəti (film, 2003).

İstinadlar

  1. "Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". https://president.az/ (azərb.). Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi. 17 sentyabr 2010. 8 Sep 2020 tarixində arxivləşdirilib.
  2. "Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". https://president.az/ (azərb.). Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. 12 Nov 2018 – 5 Mar 2020 tarixində arxivləşdirilib.

İstifadə edilmiş mənbələr

Şablon:Yaxşı məqalə