Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

Ehtibar Kərimov

Şəki Ensiklopediyası səhifəsi
WikiSysop (Müzakirə | töhfələr) (→‎Əmək fəaliyyəti) tərəfindən edilmiş 09:50, 25 oktyabr 2020 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Ehtibar Kərimov
Kərimov Ehtibar Əsab oğlu
Ehtibar Kərimov
Ehtibar Kərimov, 2013
Doğum tarixi 25 oktyabr 1964 (1964-10-25) (59 yaş)
Doğum yeri Aşağı Şabalıd, Qax rayonu, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Elmi dərəcəsi tibb üzrə fəlsəfə doktoru
Təhsili

Şəki Tibb Məktəbi (1982; 1984 – 1987)

N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutu (1988 – 1994)

Azərbaycan Dövlət Tibb Universiteti, doktorantura (2010 – 2013)

Ehtibar Kərimov − həkim-uroloq, tibb üzrə fəlsəfə doktoru, Səudiyyə Ərəbistanının paytaxtı ər-Riyad şəhərindəki Alxarj xəstəxanasının daxili xəstəliklər şöbəsinin konsultantı.

Haqqında məlumatlar

25 oktyabr 1964-cü il tarixdə Qax rayonunun Aşağı Şabalıd kəndində anadan olub.

Təhsili və elmi fəaliyyəti

1982-ci ildə Şəki Tibb məktəbinə daxil olub, lakin elə həmin il əsgəri xidmətə çağırılıb. İkiillik hərbi xidmətdən sonra 1984 – 1987-ci illərdə təhsilini davam etdirib; Şəki Tibb Məktəbini fərqlənmə diplomu ilə bitirib.

1988 – 1994-cü illərdə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunda təhsil alıb, buranı da fərqlənmə diplomu ilə bitirib.

2010 – 2013-cü illərdə isə Azərbaycan Dövlət Tibb Universitetinin doktoranturasında təhsilini artırıb.

2013-cü ilin 3 iyulunda tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.

Əmək fəaliyyəti

1994-cü ildə Şəki Şəhər Mərkəzi Xəstəxanasında,

1995 – 1997-ci illərdə Ukraynanın Dnepropetrovsk şəhərində,

2004 – 2009-cu illərdə Səudiyyə Ərəbistanının ər-Riyad şəhərində,

2010 – 2019-cu illərdə Şəki Şəhər Mərkəzi Xəstəxanasında həkim-uroloq vəzifəsində çalışıb.

2019-cu ilin sonlarından isə Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərindəki Alxarj xəstəxanasında daxili xəstəliklər şöbəsinin konsultantıdır.

İkinci iş yerləri

2018 – 2019-cu illərdə Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialında dərs deyib.

Şablon:Yaxşı məqalə