Ehtibar Kərimov

Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur.
Şəki Ensiklopediyası səhifəsi
Aydinsalis (müzakirə | redaktələr) (→‎Haqqında məlumatlar) tərəfindən edilmiş 11:36, 8 fevral 2022 tarixli redaktə
Ehtibar Kərimov
Kərimov Ehtibar Əsab oğlu
Ehtibar Kərimov
Ehtibar Kərimov, 2013.
Doğum tarixi 25 oktyabr 1964 (1964-10-25) (59 yaş)
Doğum yeri Aşağı Şabalıd, Qax rayonu[qeyd 1], Azərbaycan SSR, SSRİ
Vətəndaşlıq SSRİ Azərbaycan
İş yeri Şəki Rayon Mərkəzi Xəstəxanası
Elmi dərəcəsi tibb üzrə fəlsəfə doktoru
Təhsili

 • Şəki Tibb Məktəbi (1982; 1984–1987)

 • N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutu (1988–1994)

 • Azərbaycan Dövlət Tibb Universiteti, doktorantura (2010–2013)

Ehtibar Kərimov — Şəki Rayon Mərkəzi Xəstəxanasının həkim-terapevti və ailə həkimi, tibb üzrə fəlsəfə doktoru.

Haqqında məlumatlar

25 oktyabr 1964-cü il tarixdə Qax rayonunun[qeyd 1] Aşağı Şabalıd kəndində anadan olub.

Təhsili

1982-ci ildə Şəki Tibb Məktəbinə daxil olub, lakin elə həmin il əsgəri xidmətə çağırılıb. İkiillik hərbi xidmətdən sonra 1984 – 1987-ci illərdə təhsilini davam etdirib; Şəki Tibb Məktəbini fərqlənmə diplomu ilə bitirib.

1988 – 1994-cü illərdə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunda təhsil alıb, buranı da fərqlənmə diplomu ilə bitirib.

2010 – 2013-cü illərdə isə Azərbaycan Dövlət Tibb Universitetinin doktoranturasında təhsilini artırıb.

Əmək fəaliyyəti

1994-cü ildə Şəki Şəhər Mərkəzi Xəstəxanasında,

1995 – 1997-ci illərdə Ukraynanın Dnepropetrovsk şəhərində,

2004 – 2009-cu illərdə Səudiyyə Ərəbistanının ər-Riyad şəhərində,

2010 – 2019-cu illərdə Şəki Şəhər Mərkəzi Xəstəxanasında həkim-terapevt,

2020-ci ilin ilk 3 ayı ərzində Səudiyyə Ərəbistanının paytaxtı ər-Riyad şəhərindəki Alxarj xəstəxanasının daxili xəstəliklər şöbəsində həkim-mütəxəssis vəzifəsində çalışıb.

2020-ci ilin mart ayında yenidən Şəkiyə qayıdıb və əmək fəaliyyətini Şəki Rayon Mərkəzi Xəstəxanasının həkim-terapevti kimi davam etdirir.

İkinci iş yerləri

2010-cu ildən Şəki Tibb Kollecində cərrahiyyə və urologiya fənnindən dərs deyir.

2013 – 2019-cu illərdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Şəki penitensiar müəssisəsində həkim işləyib.

2015 – 2018-ci illərdə Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialında tibbi biliklərin əsasları fənnindən dərs deyib.

Elmi fəaliyyəti

3 iyul 2013-cü il tarixdə tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.

Qeydlər

  1. 1,0 1,1 1962-ci ildə Nuxa rayonu ləğv edilmiş, 1965-ci ilin yanvar ayınadək Nuxa şəhəri istisna olmaqla keçmiş Nuxa rayonunun bütün ərazisi Vartaşen rayonunun tərkibində olmuşdur. Bundan sonra – 1965-ci ildə, bir müddət keçmiş Nuxa rayonunun ərazisinin yarısı Vartaşen, yarısı isə Qax rayonlarının tərkibində olub. 1965-ci ilin iyun ayında Nuxa rayonu əvvəlki hüdudlarında bərpa edilib.

Ədəbiyyat

  1. Məmmədov A. Şəkinin tibb üzrə ilk fəlsəfə doktoru – Ehtibar Kərimov : [arx. 1 Jul 2020 - 4 Mar 2021] // “İpəkçi” qəzeti. — 2021. — 31 oktyabr. — Müraciət tarixi: 24.10.2021.