Elçin Nəbiyev

Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur.
Şəki Ensiklopediyası səhifəsi
Aydinsalis (müzakirə | redaktələr) tərəfindən edilmiş 00:37, 4 dekabr 2021 tarixli redaktə
Elçin Nəbiyev
Nəbiyev Elçin Fikrət oğlu
Elçin Nəbiyev
Elçin Nəbiyev.
Doğum tarixi 10 dekabr 1967(1967-12-10)
Doğum yeri Xalatala kəndi, Balakən rayonu, Azərbaycan, SSRİ
Vəfat tarixi 30 noyabr 2021 (53 yaşında)
Vəfat yeri Qaraheybət Aviasiya Poliqonu, Xızı rayonu, Azərbaycan
Dəfn yeri II Şəhidlər Xiyabanı, Bakı, Azərbaycan
Vəfat səbəbi aviasiya qəzası
Vətəndaşlıq Azərbaycan
Mənsubiyyəti Azərbaycan Ordusu
Uşaqları Hüseyn, Niyazi
Atası Fikrət
Anası Bahar
Həyat yoldaşı Şəlalə
Hərbi fəaliyyəti
Rütbə polkovnik

Elçin Nəbiyev (1967–2021) — Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatda olan polkovniki, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin əməkdaşı.

Haqqında məlumatlar

10 dekabr 1967-ci il tarixdə Balakən rayonunun Tala kəndində, ziyalı ailəsində anadan olub.

Hərbçi fəaliyyəti

Sovet vaxtı Rusiyanın MİQ-31 qırıcı təyyarəsində uçuşlar həyata keçirmişdir. I Qarabağ müharibəsində ön cəbhədə düşmənin koordinatlarını, atəş nöqtələrini artilleriya və aviasiyaya ötürüb. Vətən Müharibəsində isə uğurlu əməliyyatların tərtibində müəlliflərdən biri, ön cəbhədə məxfi qərargahda birbaşa iştirakı olan şəxslərdən biri olub.

Vəfatı

30 noyabr 2021-ci il tarixdə Xızı rayonundakı Qaraheybət Aviasiya Poliqonunda Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin helikopteri ilə təlim uçuşlarında iştirak edərkən baş vermiş qəza nəticəsində həlak olub.

1 Dekabr 2021-ci il tarixdə Bakıda II Şəhidlər Xiyabanında dəfn olunub.

Ailəsi

Atası Fikrət Şəki rayonunun Baş Göynük kəndində, anası Bahar isə Gəncədə anadan olmuşdur. Hər ikisi Gəncə Pedaqoji İnstitutunu bitirmiş, təyinatla Balakən rayonunun Xalatala kəndinə işləməyə göndərilmiş və ömürlərinin sonunadək həmin kənddə yaşamışlar.

Elçin Nəbiyevin Hüseyn və Niyazi adlı iki oğlu var, həyat yoldaşı Şəlalə isə tanınmış rəhbər kadr Vahid Qəniyevin qızıdır.

Ədəbiyyat

  1. Şəhid "İşçi Nəbiyev" əslində kim idi? - Gizli qəhrəman : [arx. 03.12.2021] // Modern.az. — 2021. — 1 dekabr. — Müraciət tarixi: 03.12.2021.

Həmçinin, bax: