Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur.

Elçin Nəbiyev

Şəki Ensiklopediyası səhifəsi
Aydinsalis (Müzakirə | töhfələr) tərəfindən edilmiş 20:39, 6 dekabr 2021 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Elçin Nəbiyev
Nəbiyev Elçin Fikrət oğlu
Elçin Nəbiyev
Elçin Nəbiyev.
Doğum tarixi 10 dekabr 1967(1967-12-10)
Doğum yeri Xalatala kəndi, Balakən rayonu, Flag of Azerbaijan.svg Azərbaycan, Flag of the Soviet Union.svg SSRİ
Vəfat tarixi 30 noyabr 2021 (53 yaşında)
Vəfat yeri Qaraheybət Aviasiya Poliqonu, Xızı rayonu, Flag of Azerbaijan.svg Azərbaycan
Dəfn yeri II Şəhidlər Xiyabanı, Bakı, Flag of Azerbaijan.svg Azərbaycan
Vəfat səbəbi aviasiya qəzası
Vətəndaşlıq Flag of Azerbaijan.svg Azərbaycan
Mənsubiyyəti Coat of arms of the Azerbaijani Armed Forces.png Azərbaycan Ordusu
Uşaqları Hüseyn, Niyazi
Atası Fikrət
Anası Bahar
Həyat yoldaşı Şəlalə
Təhsili Aviasiya marşalı V.A.Sudsa adına Stavrapol Pilot və Şturman Ali Hərbi-Aviasiya Məktəbi(ru) (1986–1990)
Hərbi fəaliyyəti
Rütbə Azərbaycan Silahlı Qüvvələrinin Quru Qoşunlarının polkovniki.png polkovnik
Təltifləri "Tərəqqi" medalı"Hərbi xidmətlərə görə" medalı3-cü dərəcəli "Hərbi xidmətdə fərqlənməyə görə" medalı"Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı" medalı"Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001)" yubiley medalı"Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)" yubiley medalı"Qüsursuz xidmətə görə" II dərəcəli medalı"Qüsursuz xidmətə görə" III dərəcəli medalıAzərbaycan Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013) yubiley medalı - lent.png

Elçin Nəbiyev (1967–2021) — Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatda olan polkovniki, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin əməkdaşı.

Haqqında məlumatlar

10 dekabr 1967-ci il tarixdə Balakən rayonunun Xalatala kəndində, ziyalı ailəsində anadan olub.

Təhsili

1986 – 1990-cı illərdə Aviasiya marşalı V.A.Sudsa adına Stavrapol Pilot və Şturman Ali Hərbi-Aviasiya Məktəbində(ru) (rus.: Ставропольское высшее военно-авиационное училище лётчиков и штурманов имени маршала авиации В. А. Судца) taktiki aviasiya sturmanı (rus.: штурманская тактическая авиации) ixtisası üzrə təhsil alıb.

Hərbçi fəaliyyəti

Sovet vaxtı Rusiyanın MİQ-31 qırıcı təyyarəsində uçuşlar həyata keçirib. I Qarabağ müharibəsində ön cəbhədə düşmənin koordinatlarını, atəş nöqtələrini artilleriya və aviasiyaya ötürüb. Vətən Müharibəsində isə uğurlu əməliyyatların tərtibində müəlliflərdən biri, ön cəbhədə məxfi qərargahda birbaşa iştirakı olan şəxslərdən biri olub.

Vəfatı

30 noyabr 2021-ci il tarixdə Xızı rayonundakı Qaraheybət Aviasiya Poliqonunda Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin helikopteri ilə təlim uçuşlarında iştirak edərkən baş vermiş qəza nəticəsində həlak olmuşdur.

1 dekabr 2021-ci il tarixdə Bakıda II Şəhidlər Xiyabanında dəfn edilib.

Təltif və mükafatları

Ailəsi

Atası Fikrət Şəki rayonunun Baş Göynük kəndindən, anası Bahar isə Gəncədən idi. Hər ikisi Gəncə Pedaqoji İnstitutunu bitirmiş, təyinatla Balakən rayonunun Xalatala kəndinə işləməyə göndərilmiş və ömürlərinin sonunadək həmin kənddə yaşamışdılar.

Elçin Nəbiyevin Hüseyn və Niyazi adlı iki oğlu var, həyat yoldaşı Şəlalə isə tanınmış rəhbər kadr Vahid Qəniyevin qızıdır.

Ədəbiyyat

  1. Aytəkin Alxaslı. “Qaraheybət” şəhidi polkovnik Nəbiyev oğluna nə vəsiyyət edib? – “Əgər bir gün qayıtmasam...” : [arx. 02.12.2021] // Bizim.media. — 2021. — 2 dekabr. — Müraciət tarixi: 06.12.2021.

Həmçinin, bax: