Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur.

Elşən İbrahimov

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Elşən İbrahimov
İbrahimov Elşən Cahangir oğlu
Elşən İbrahimov
Elşən İbrahimov
Doğum tarixi 27 mart 2002(2002-03-27)
Doğum yeri Şəki, Flag of Azerbaijan.svg Azərbaycan
Vəfat tarixi 4 oktyabr 2020 (18 yaşında)
Vəfat yeri Tərtər rayonu, Flag of Azerbaijan.svg Azərbaycan
Dəfn yeri Qışlaq qəbiristanlığı, Şəki, Flag of Azerbaijan.svg Azərbaycan
Vəfat səbəbi döyüşdə şəhid olub
Vətəndaşlıq Flag of Azerbaijan.svg Azərbaycan
Mənsubiyyəti Coat of arms of the Azerbaijani Armed Forces.png Azərbaycan Ordusu
Atası Cahangir
Anası Xatirə
Hərbi fəaliyyəti
Qoşun növü Azerbaijani Land Forces badge.svg Quru Qoşunları
Xidmət illəri 2020
Rütbə 1.AzLF-PV.png sıravi
Təltifləri "Vətən uğrunda" medalı — 2020"Laçının azad olunmasına görə" medalı — 2020"Suqovuşanın azad olunmasına görə" medalı — 2021

Elşən İbrahimov (2002–2020) — Vətən müharibəsində şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Haqqında məlumatlar

27 mart 2002-ci il tarixdə Şəkidə anadan olub.

Təhsili

2008 – 2019-cu illərdə Şəki şəhər 11 saylı tam orta məktəbində təhsil alıb.

2019-cu ildə Bakı Sosial İqtisad Kollecinə qəbul olunub.

2020-ci ilin fevralında təhsil aldığı müəssisəni Azərbaycan İqtisad Universitetinin nəzdində fəaliyyət göstərən İqtisad kollecinə dəyişdirib.

Hərbi xidmətdə

4 may 2020-ci il tarixdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmətə başlayıb. Tərtər rayonunda yerləşən “N” saylı hərbi hissədə xidmət keçib.

27 sentyabr 2020-ci il tarixdə başlayan Vətən müharibəsində Tərtər rayonu ərazisində gedən döyüşlərdə iştirak edib.

Şəhid olması

4 oktyabr 2020-ci il tarixdə – 18 yaşında, Tərtər rayonu ərazisində gedən döyüşdə qəhrəmancasına həlak olub. Həmin gün Şəkinin Qışlaq hissəsindəki qəbiristanlıqda dəfn edilib.

Təltif və mükafatları

Ailəsi

Ailədə iki uşaq olublar. Subay idi.

İstinadlar

Ədəbiyyat

  1. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı : Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Vətən uğrunda” medalı ilə təltif edilməsi haqqında : [arx. 15 Dec 2020 - 6 Oct 2021] // Azərbaycan Müdafiə Nazirliyi. — 2020. — 15 dekabr. — Müraciət tarixi: 21.12.2021.
  2. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı : Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Laçının azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında : [arx. 22.12.2021] // Azərbaycan Respublikası Müdafiə Nazirliyi. — 2020. — 29 dekabr. — Müraciət tarixi: 04.12.2021.
  3. Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı : “Suqovuşanın azad olunmasına görə” medalı ilə : [arx. 05.11.2021] // Azərbaycan Müdafiə Nazirliyi. — 2021. — 5 noyabr. — Müraciət tarixi: 21.12.2021.
  4. 44 günlük zəfər savaşında 56 şəkili gənc qəhrəmanlıqla döyüşərək Vətən uğrunda şəhid olmuşdur : ELŞƏN Cahangir oğlu İbrahimov : [arx. 04.12.2021] // Şəki Şəhər İcra Hakimiyyəti. — Müraciət tarixi: 04.12.2021.

Video