Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

Elşən Musayev

Şəki Ensiklopediyası səhifəsi
WikiSysop (Müzakirə | töhfələr) (→‎Haqqında məlumatlar) tərəfindən edilmiş 20:59, 31 avqust 2020 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Elşən Musayev
Musayev Elşən Məmmədhənifə oğlu
Elşən Musayev
Elşən Musayev
Doğum tarixi 11 avqust 1979(1979-08-11)
Doğum yeri Vartaşen rayonu, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Atası Məmmədhənifə Musayev
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Təhsili

Bakı Dövlət Universiteti, bakalavriatura (1995 – 1999)

Bakı Dövlət Universiteti, magistriatura (1999 – 2001)
Feysbuk səhifəsi

Elşən Musayev — Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri. 2015 və 2020-ci illərdə 110 saylı Zaqatala Seçki Dairəsindən Milli Məclisə deputat seçilmişdir.

Haqqında məlumatlar

1979-cu ildə Vartaşen rayonunda anadan olub.

Şəkidən çıxmış görkəmli alim-pedaqoq və Azərbaycan Demokratik Maarifçilik Partiyasının qurucusu Məmmədhənifə Musayevin oğludur.

1995 – 1999-cu illərdə Bakı Dövlət Universitetində bakalavr,

1999 – 2001-ci illərdə isə magistr təhsili alıb.

2004-cü ildən – atası Məmmədhənifə Musayevin vəfatından sonra, Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri olub.

Azərbaycan Demokratik Maarifçilik Partiyası 2005-ci il parlament seçkilərində mübarizəyə qoşulmuş, lakin növbəti dəfə Milli Məclisdə təmsil olunmaq hüququ əldə edə bilməmişdir.

2010-cu ildə Elşən Musayev 17 saylı Yasamal Üçüncü Seçki Dairəsindən namizədliyini irəli sürmüş, lakin seçilməmişdir.

2015-ci və 2020-ci illərdə isə Elşən Musayev 110 saylı Zaqatala Seçki Dairəsindən namizədliyini irəli sürmüş, birinci dəfə 13 280, ikinci dəfə isə 9 004 səs toplayaraq deputat seçilmişdir. Şablon:Yaxşı məqalə