Elşən Nəsibov

Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur.
Şəki Ensiklopediyası səhifəsi
Elşən Nəsibov
Nəsibov Elşən Məhəmməd oğlu
Elşən Nəsibov
Elşən Nəsibov, 2021-ci il.
Doğum tarixi 10 iyun 1984 (1984-06-10) (39 yaş)
Doğum yeri Şəki, SSRİ, Azərbaycan SSR
Vətəndaşlıq SSRİ Azərbaycan
Milliyyəti azərbaycanlı
Təhsili Sumqayıt Dövlət Universiteti

Elşən Nəsibov — Şəki şəhər bələdiyyəsinin üzvü və sədr müavini.

Haqqında məlumatlar[Vizual redaktə | HTML redaktə]

10 iyun 1984-cü il tarixdə Şəkidə anadan olub.

Təhsili[Vizual redaktə | HTML redaktə]

Şəki şəhər 18 saylı orta məktəbində və Sumqayıt Dövlət Universitetində təhsil alıb.

Əmək fəaliyyəti[Vizual redaktə | HTML redaktə]

2012-ci ilin noyabr ayında Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin Şəki rayon filialında baş mütəxəssis kimi əmək fəaliyyətinə başlayıb.

2013-cü ilin yanvar ayında isə həmin filialın direktoru vəzifəsinə təyin olunub.

2018-ci ilin sentyabr ayından Şəki Bələdiyyəsi Vergilərin yığımı şöbəsinin müdiri olub.

2020-ci ildən Şəki şəhər bələdiyyəsi sədrinin müavinidir.

İctimai aktivliyi[Vizual redaktə | HTML redaktə]

2019-cu il bələdiyyə seçkilərində öz təşəbbüsü Şəki şəhər bələdiyyəsi üzvlüyünə namizədliyini irəli sürmüş və seçilmişdir.

Ailəsi[Vizual redaktə | HTML redaktə]

Ailəlidir, üç övladı var.

Həmçinin, bax:[Vizual redaktə | HTML redaktə]