Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb.
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!

Elşad Yəhyayev

Şəki Ensiklopediyası səhifəsi
Mammadov2 (Müzakirə | töhfələr) tərəfindən edilmiş 13:52, 23 iyun 2024 tarixli dəyişiklik
(fərq) ←Əvvəlki versiya | Hal-hazırkı versiya (fərq) | Sonrakı versiya→ (fərq)
Jump to navigation Jump to search
Elşad Yəhyayev
Yəhyayev Elşad Məmmədhənifə oğlu
Elşad Yəhyayev
Elşad Yəhyayev, 1990-cı il.
Doğum tarixi 5 may 1966(1966-05-05)
Doğum yeri Nuxa (indiki Şəki), Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vəfat tarixi 20 iyun 1992 (26 yaşında)
Vəfat yeri Naxçıvanik, Xocalı rayonu, Flag of Azerbaijan.svg Azərbaycan
Dəfn yeri Şəhidlər xiyabanı (Bakı)
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Mənsubiyyəti Coat of arms of the Azerbaijani Armed Forces.png Azərbaycan Respublikasının Silahlı Qüvvələri
Təhsili SSRİ DİN-nin F.E.Dzerjinski adına Saratov Qırmızıbayraqlı Komandirlər Ali Hərbi Məktəbi(ru) (rus.: Саратовское высшее военное командное Краснознаменное училище им. Ф.Э.Дзержинского МВД СССР) (1987–1991)
Hərbi fəaliyyəti
Qoşun növü Daxili Qoşunlar
Rütbə Azərbaycan Silahlı Qüvvələrinin Quru Qoşunlarının baş leytenantı.png baş leytenant
Döyüşlər Sırxavənd, Naxçıvanik, Papravənd
Təltifləri Azərbaycanın Milli Qəhrəmanı
Adının digər versiyaları Elshad Yəhyayev, Elşad Yahyayev, Elşad Yehyayev, Elshad Yahyayev, Elshad Yehyayev, Эльшад Яхяев, Елшад Јәһјајев
facebook xatirə səhifəsi

Elşad Yəhyayev (1966–1992) — Birinci Qarabağ müharibəsi şəhidi, Azərbaycanın Milli Qəhrəmanı, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının taqım komandiri, polis baş leytenantı.

Haqqında məlumatlar

5 may 1966-cı il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

1977-ci ildə ailəsi ilə birlikdə Bakıya köçüb.

Təhsili

1973 – 1977-ci illərdə Şəki şəhər 12 №-li orta məktəbində,

1977 – 1983-cü illərdə Bakı şəhər 56 №-li orta məktəbində,

1987 – 1991-ci illərdə SSRİ DİN-nin F.E.Dzerjinski adına Saratov Qırmızıbayraqlı Komandirlər Ali Hərbi Məktəbində(ru) (rus.: Саратовское высшее военное командное Краснознаменное училище им. Ф.Э.Дзержинского МВД СССР) təhsil alıb.

Hərbi xidmətdə

1984 – 1986-cı illərdə hərbi xidmətdə olub.

1991-ci ildə Azərbaycan Daxili Qoşunlarının “N” saylı hərbi hissəsində tağım komandiri vəzifəsində xidmətə başlayıb. Sırxavənd, Naxçıvanik, Papravənd kəndlərində gedən döyüşlərdə iştirak edib. Naxçıvanik kəndində baş vermiş döyüşdə xeyli sayda düşməni məhv edib və ağır itki verən ermənilər geri çəkilməyə məcbur olublar.

Şəhid olması

20 iyun 1992-ci il tarixdə – 26 yaşında, Naxçıvanik kəndində baş vermiş döyüş zamanı düşmən tərəfinin snayperi tərəfindən vurulub və döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına həlak olub. Bakıda Şəhidlər xiyabanında dəfn edilib.

Təltif və mükafatları

Xatirəsi

Vaxtilə təhsil aldığı Bakı şəhər 56 saylı tam orta məktəbinə adı verilib və həmin məktəbin qarşısında büstü qoyulub.

Ədəbiyyat

Qaffarov A., Əmrahov M., İsmayılova G., Mirzəyeva S., Salamov A., Paşayev İ., Süleymanov B., Həmidli T. Polis baş leytenantı Elşad Yəhyayev // Şəki qartalları / M.İ.Əmrahov . — Bakı: “Hüquq ədəbiyyatı”. — Səhifələrin sayı:  424. — Səh.: 14-16. — (Ş 4702060206–001/h 062–98).

Həmçinin, bax: