Elbrus Məmmədov

Aydinsalis (müzakirə | redaktələr) tərəfindən edilmiş 11:57, 24 aprel 2022 tarixli redaktə

Elbrus Məmmədov — tanınmış hüquqşünas; müxtəlif illərdə Zaqatala Rayon Məhkəməsinin sədri, Şəki Apelyasiya Məhkəməsinin hakimi, Şəki Rayon Məhkəməsinin hakimi və digər vəzifələrdə çalışmışdır.

Elbrus Məmmədov
Məmmədov Elbrus Hacıbala oğlu
Elbrus Məmmədov
Elbrus Məmmədov, 2016-cı il.
Doğum tarixi 25 aprel 1956 (1956-04-25) (67 yaş)
Doğum yeri Baş Şabalıd, Nuxa rayonu, Azərbaycan SSR, SSRİ
Vətəndaşlıq SSRİ Azərbaycan
Təhsili S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, hüquq fakültəsi (–1986)

Haqqında məlumatlar

25 aprel 1956-cı il tarixdə Nuxa (indiki Şəki) rayonunun Baş Şabalıd kəndində anadan olub.

Təhsili

1986-cı ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirib.

Əmək fəaliyyəti

1983 – 1985-ci illərdə Şəki Təsərrüfatlararası Tikinti idarəsində hüquqşünas,

1987 – 1992-ci illərdə Şəki rayon XDS İcraiyyə Komitəsində hüquqşünas, təşkilat şöbəsinin müdiri,

1992 – 1994-cü illərdə Şəki Şəhər İcra hakimiyyəti aparatının hüquq şöbəsində böyük məsləhətçi,

1994 – 1998-ci illərdə Şəki rayon ƏSMM-in direktoru,

1998 – 2001-ci illərdə Bakı Dövlət Universitetinin Şəki filialında müəllim,

2001 – 2008-ci illərdə Şəki Rayon Məhkəmə İcraçıları Bölməsinin rəisi,

2008 – 2010-cu illərdə Şəki Rayon Məhkəməsinin hakimi,

2010 – 2013-cü illərdə Şəki Apelyasiya Məhkəməsinin hakimi,

2013 – 2021-ci illərdə Zaqatala Rayon Məhkəməsinin sədri vəzifəsində çalışıb.

Ədəbiyyat

  1. "Məmmədov Elbrus Hacıbala oğlu - Zaqatala Rayon Məhkəməsi". https://courts.gov.az/ (azərb.). Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurası. 21 Jan 2021 tarixində arxivləşdirilib.

Şablon:Yaxşı məqalə