Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur.

Eldar Əliyev

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Eldar Əliyev
Əliyev Eldar Həsən oğlu
İlk adı Elbert
Doğum tarixi 14 yanvar 1936(1936-01-14)
Doğum yeri Bakı, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR Flag of the Transcaucasian SFSR.svg ZSFSR, Flag of the Soviet Union.svg SSRİ
Vəfat tarixi 27 fevral 1984 (48 yaşında)
Vəfat yeri Bakı, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Həyat yoldaşı Tamara Əliyeva
Uşaqları Leyla, Eldarə
Atası Həsən Əliyev
Anası Zabiyə
Təhsili

 • M.F.Axundov adına Rus dili və Ədəbiyyatı Pedaqoji İnstitutu (–1959)

 • M.Əliyev adına Teatr İnstitutu, teatr rejissorluğu fakültəsi (–1966)
IMDb ID 3107848

Eldar Əliyev (1936–1984) — teatr rejissoru və kino aktyoru; 1966-cı ildən Səməd Vurğun adına Rus Dram Teatrınında fəaliyyət göstərib. Həmçinin, bir sıra filmlərə çəkilib, daha çox “Dəli Kür” filmindəki (1969) Rus Əhməd obrazı ilə yadda qalıb.

Haqqında məlumatlar

14 yanvar 1936-cı il tarixdə Bakıda anadan olub.

Təhsili

1959-cu ildə M.F.Axundov adına Rus dili və Ədəbiyyatı Pedaqoji İnstitutunu,

1966-cı ildə M.Əliyev adına Teatr İnstitutunun teatr rejissorluğu fakültəsini bitirib.

Əmək və yaradıcılıq fəaliyyəti

1959-cu ildən Bakı şəhər 20 nömrəli orta məktəbində müəllim işləyib.

1965 – 1982-ci illərdə çəkilmiş 10-dan çox filmdə rol gedib.

1966-cı ildən Səməd Vurğun adına Rus Dram Teatrının rejissoru olub. Ş.Qurbanov adına Musiqili Komediya Teatrında, Leninqrad Dövlət Musiqili Komediya Teatrında tamaşalara quruluş verib. Bolqar dramaturgiyası festivalında Panço Pançevin “Dörd əkizin nağılı” pyesinin Komissarjevskaya adına Leninqrad Dram Teatrının səhnəsində tamaşaya qoyulmasında iştirak edib.

Vəfatı

27 fevral 1984-cü il tarixdə – 48 yaşında, Bakıda vəfat edib.

Ailəsi

Atası: Həsən Hacıabdulkərim oğlu Əliyev – 1910-ci ildə Nuxada anadan olub. Müxtəlif illərdə Teatr/İncəsənət İnstitutunda müəllim, “Azərbaycanfilm” kinostudiyasının dublyaj rejissoru vəzifəsində çalışıb. 1970-ci ildə Bakıda vəfat edib.

Anası: Zabiyə.

Həyat yoldaşı: Tamara Əliyeva – pedaqoq, M.F.Axundov adına Rus dili və Ədəbiyyatı Pedaqoji İnstitutunda müəllim işləyib.

Uşaqları: Leyla və Eldarə.

Qardaşı qızı: Dinarə ƏliyevaBöyük teatrın (Moskva, Rusiya federasiyası) solistidir.

Filmoqrafiya

  1. Yenilməz batalyon (film, 1965) (həbsxanadan qaçan).
  2. Sən niyə susursan? (film, 1966) (müfəttiş).
  3. Mən ki gözəl deyildim (film, 1968) (Çingiz).
  4. Dəli Kür (film, 1969) (Rus Əhməd).
  5. “Eto sladkoye slovo - svoboda!” (film, 1972) (leytenant Kurilyov).
  6. 1001-ci qastrol (tammetrajlı bədii film, 1974) (kinorejissor).
  7. “Mezozoy əhvalatı” (film, 1976) (Arif).
  8. Qız qalası əfsanəsi (film, 1978).
  9. Toral və Zəri (film, 1979).
  10. Gümüşü furqon (film, 1982).

İstifadə edilmiş əsas mənbələr

  1. Samirə “Dəli Kür” – 40; Məşhur filmin haqqında az danışılan aktyoru; Şedevrləri əvəzolunmazlar yaradır // Həftə içi : qəzet. — Bakı, 2009. — В. 5 mart. — Səh. 7. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 19 dekabr 2020.