Diqqət! Saytın stabil versiyası www.sheki.org domenində fəaliyyət göstərir. Burada səhifə xətaları ola bilər...
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!

Eldar Əliyev

Şəki Ensiklopediyası materialı
Mammadov2 (müzakirə | redaktələr) (→‎İstifadə edilmiş əsas mənbələr) tərəfindən edilmiş 02:21, 4 fevral 2024 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç
......
Eldar Əliyev
Əliyev Eldar Həsən oğlu
Eldar Əliyev
Eldar Əliyev.

Eldar Əliyev (1936–1984) — tanınmış teatr rejissoru və kino aktyoru; 1966-cı ildən Səməd Vurğun adına Rus Dram Teatrında fəaliyyət göstərib. Həmçinin, bir sıra filmlərə çəkilib, daha çox “Dəli Kür” filmindəki (1969) Rus Əhməd obrazı ilə yadda qalıb.

Haqqında məlumatlar[Vizual/Mobil redaktə | HTML redaktə]

14 yanvar 1936-cı il tarixdə Bakıda anadan olub.

Təhsili[Vizual/Mobil redaktə | HTML redaktə]

1959-cu ildə M.F.Axundov adına Rus dili və Ədəbiyyatı Pedaqoji İnstitutunu,

1966-cı ildə M.Əliyev adına Teatr İnstitutunun teatr rejissorluğu fakültəsini bitirib.

Əmək və yaradıcılıq fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]

1959-cu ildən Bakı şəhər 20 nömrəli orta məktəbində müəllim işləyib.

1965 – 1982-ci illərdə çəkilmiş 10-dan çox filmdə rol gedib.

1966-cı ildən Səməd Vurğun adına Rus Dram Teatrının rejissoru olub. Ş.Qurbanov adına Musiqili Komediya Teatrında, Leninqrad Dövlət Musiqili Komediya Teatrında tamaşalara quruluş verib. Bolqar dramaturgiyası festivalında Panço Pançevin “Dörd əkizin nağılı” pyesinin Komissarjevskaya adına Leninqrad Dram Teatrının səhnəsində tamaşaya qoyulmasında iştirak edib.

Vəfatı[Vizual/Mobil redaktə | HTML redaktə]

27 fevral 1984-cü il tarixdə – 48 yaşında, Bakıda vəfat edib.

Ailəsi[Vizual/Mobil redaktə | HTML redaktə]

Atası: tanınmış teatr rejissoru, teatr aktyoru, pedaqoq Azərbaycan SSR əməkdar müəllimi Həsən Hacıabdulkərim oğlu Əliyev; 1910-ci ildə Nuxada anadan olmuşdur. Müxtəlif illərdə Sabir adına Nuxa Dövlət Dram Teatrının, Gənc Tamaşaçılar Teatrındın baş rejissoru, Azərbaycan Dövlət Musiqili Komediya Teatrında bədii rəhbər, “Azərbaycanfilm” kinostudiyasının dublyaj rejissoru vəzifəsində çalışıb. 1970-ci ildə Bakıda vəfat edib.

Anası: Əliyeva Zabiyət Rüstəm qızı.

Həyat yoldaşı: Tamara Əliyeva – pedaqoq, M.F.Axundov adına Rus dili və Ədəbiyyatı Pedaqoji İnstitutunda müəllim işləyib.

Uşaqları: LeylaEldarə.

Qardaşı qızı: Dinarə ƏliyevaBöyük Teatrın (Moskva, Rusiya Federasiyası) solistidir.

Filmoqrafiya[Vizual/Mobil redaktə | HTML redaktə]

  1. Yenilməz batalyon (film, 1965) (həbsxanadan qaçan).
  2. Sən niyə susursan? (film, 1966) (müfəttiş).
  3. Mən ki gözəl deyildim (film, 1968) (Çingiz).
  4. Dəli Kür (film, 1969) (Rus Əhməd).
  5. “Eto sladkoye slovo - svoboda!” (film, 1972) (leytenant Kurilyov).
  6. 1001-ci qastrol (tammetrajlı bədii film, 1974) (kinorejissor).
  7. “Mezozoy əhvalatı” (film, 1976) (Arif).
  8. Qız qalası əfsanəsi (film, 1978).
  9. Toral və Zəri (film, 1979).
  10. Gümüşü furqon (film, 1982).

Ədəbiyyat[Vizual/Mobil redaktə | HTML redaktə]

  1. Samirə. “Dəli Kür” – 40; Məşhur filmin haqqında az danışılan aktyoru; Şedevrləri əvəzolunmazlar yaradır // Həftə içi : qəzet. — Bakı, 2009. — В. 5 mart. — Səh. 7. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 19 dekabr 2020.

Həmçinin, bax:[Vizual/Mobil redaktə | HTML redaktə]

Bildiriş[HTML redaktə]

...