Eldar Dəhnəvi: Redaktələr arasındakı fərq

Şəki Ensiklopediyası səhifəsi
Redaktənin izahı yoxdur
Redaktənin izahı yoxdur
 
(Eyni redaktor tərəfindən edilmiş bir ara dəyişiklik göstərilmir)
Sətir 28: Sətir 28:
  |Sayt                =  [https://www.facebook.com/dahnavi facebook səhifəsi]
  |Sayt                =  [https://www.facebook.com/dahnavi facebook səhifəsi]
}}
}}
'''Eldar Dəhnəvi''' — kimya elmləri doktoru, Kazan Dövlət Texnologiya Universitetinin ümumi kimya texnologiyaları kafedrasının professoru, SİBUR Holdinqin (Tomsk, Rusiya Federasiyası) “NOST” riyazi modelləşdirmə və layihələrin texnoloji ekspertizası şöbəsinin rəisi.
'''Eldar Dəhnəvi''' — kimya elmləri doktoru, Kazan Milli Texnologiya Tədqiqat Universitetinin ümumi kimya texnologiyaları kafedrasının professoru, SİBUR Holdinqin (Tomsk, Rusiya Federasiyası) “NOST” riyazi modelləşdirmə və layihələrin texnoloji ekspertizası şöbəsinin rəisi.


== Haqqında məlumatlar ==
== Haqqında məlumatlar ==
Sətir 79: Sətir 79:
  | ref            =  
  | ref            =  
}}
}}
==Videolar==
<youtube width="300" height="180">Nf49bLqS43M</youtube>


{{Yoxlanılmış məqalə}}
{{Yoxlanılmış məqalə}}


[[az:Eldar Dəhnəvi]]
[[az:Eldar Dəhnəvi]]

Səhifəsinin 14:50, 17 may 2022 tarixinə olan son versiyası

Eldar Dəhnəvi
Dəhnəvi Eldar Musa oğlu
Дахнави Эльдар Муса оглы
Eldar Dəhnəvi
Eldar Dəhnəvi, 2014-cü il.
Doğum tarixi 17 may 1966 (1966-05-17) (57 yaş)
Doğum yeri Kiçik Dəhnə, Nuxa (indiki Şəki) rayonu, Azərbaycan SSR, SSRİ
Vətəndaşlıq SSRİ Rusiya
Elmi dərəcəsi kimya elmləri doktoru
Elmi adı professor
Təhsili Kazan Kimya-Texnologiya İnstitutu
facebook səhifəsi

Eldar Dəhnəvi — kimya elmləri doktoru, Kazan Milli Texnologiya Tədqiqat Universitetinin ümumi kimya texnologiyaları kafedrasının professoru, SİBUR Holdinqin (Tomsk, Rusiya Federasiyası) “NOST” riyazi modelləşdirmə və layihələrin texnoloji ekspertizası şöbəsinin rəisi.

Haqqında məlumatlar[Vizual redaktə | HTML redaktə]

17 may 1966-cı il tarixdə Nuxa (indiki Şəki) rayonunun Kiçik Dəhnə kəndində anadan olub.

Təhsili[Vizual redaktə | HTML redaktə]

1988-ci ildə Kazan Kimya-Texnologiya İnstitutunu bitirib və həmin institutun aspiranturasına daxil olub.

2008 – 2010-cu illərdə Tatarıstan Respublikası Hökumətinin qrantı ilə Əmək və Sosial Münasibətlər Akademiyasında (Moskva) “korporativ menecment” ixtisası üzrə MBA proqramı (Master of Business Administration - Biznes Administrasiyası Magistri) çərçivəsində iqtisadiyyat üzrə təhsil alıb.

Elmi fəaliyyəti[Vizual redaktə | HTML redaktə]

1993-cü ildə “Əridicilərin köməyi ilə hidroperoksid kumolun turşu-katalitik parçalanması prosesinin idarə olunması” mövzusunda namizədlik dissertasiyasını,

2011-ci ildə isə “Fenol və asetonun birgə istehsalının optimallaşdırılması, əlavə məhsulların neft hasilatı reagentində kompleks emalı” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.

Əmək fəaliyyəti[Vizual redaktə | HTML redaktə]

2001-ci ildə neft-kimya sahəsində araşdırmalar üçün “EDXİM elmi istehsal mərkəzi” MMC-ni təsis edib. Sonra neft quyularının və yeraltı anbarların hidroizolyasiyasında istifadə edilən “Smola PM-14” texnologiyasını hazırlayıb. Bu qətran Tatarıstanın neft və tikinti şirkətlərinin obyektlərində natura sınaqlarından uğurla keçib.

2003-cü ildə “Speskauçuk” ETİ-nin (Kazan) direktor müavini təyin edilib, institutda tiokol, poliefir və polieuretanların hazırlanmasına rəhbərlik edib, habelə onların əsasında məhsullar istehsal edib.

2005 – 2011-ci illərdə Kazan Texnologiya Universitetinin ümumi kimya texnologiyası kafedrasında pedaqoji fəaliyyətlə məşğul olub. Doktorluq dissertasiyasının müdafiəsindən sonra kafedranın professoru seçilib.

İctimai fəaliyyəti[Vizual redaktə | HTML redaktə]

1988-ci ilin noyabrında həmfikirləri ilə postsovet məkanında ilk azərbaycanlı həmyerlilər cəmiyyətlərindən birini yaratmış və ona sədrlik etmişdir.

Ədəbiyyat[Vizual redaktə | HTML redaktə]

  1. Bağıyeva M. Xaricdə yaşayan azərbaycanlılar. Qısa bioqrafik məlumat kitabçası. — Bakı, 2016. — ISBN 978-9952-8299-1-4. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 21 oktyabr 2017.

Videolar[Vizual redaktə | HTML redaktə]