Eldar Dəhnəvi
Eldar Dəhnəvi — kimya elmləri doktoru, Kazan Milli Texnologiya Tədqiqat Universitetinin ümumi kimya texnologiyaları kafedrasının professoru, SİBUR Holdinqin (Tomsk, Rusiya Federasiyası) “NOST” riyazi modelləşdirmə və layihələrin texnoloji ekspertizası şöbəsinin rəisi.
Eldar Dəhnəvi | |
---|---|
Dəhnəvi Eldar Musa oğlu Дахнави Эльдар Муса оглы | |
Eldar Dəhnəvi, 2014-cü il. | |
Doğum tarixi | 17 may 1966 |
Doğum yeri | Kiçik Dəhnə, Nuxa (indiki Şəki) rayonu, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlıq | SSRİ→ Rusiya |
Elmi dərəcəsi | kimya elmləri doktoru |
Elmi adı | professor |
Təhsili | Kazan Kimya-Texnologiya İnstitutu |
facebook səhifəsi |
Haqqında məlumatlar Vizual/Mobil redaktə
17 may 1966-cı il tarixdə Nuxa (indiki Şəki) rayonunun Kiçik Dəhnə kəndində anadan olub.
Təhsili Vizual/Mobil redaktə
1988-ci ildə Kazan Kimya-Texnologiya İnstitutunu bitirib və həmin institutun aspiranturasına daxil olub.
2008 – 2010-cu illərdə Tatarıstan Respublikası Hökumətinin qrantı ilə Əmək və Sosial Münasibətlər Akademiyasında (Moskva) “korporativ menecment” ixtisası üzrə MBA proqramı (Master of Business Administration - Biznes Administrasiyası Magistri) çərçivəsində iqtisadiyyat üzrə təhsil alıb.
Elmi fəaliyyəti Vizual/Mobil redaktə
1993-cü ildə “Əridicilərin köməyi ilə hidroperoksid kumolun turşu-katalitik parçalanması prosesinin idarə olunması” mövzusunda namizədlik dissertasiyasını,
2011-ci ildə isə “Fenol və asetonun birgə istehsalının optimallaşdırılması, əlavə məhsulların neft hasilatı reagentində kompleks emalı” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.
Əmək fəaliyyəti Vizual/Mobil redaktə
2001-ci ildə neft-kimya sahəsində araşdırmalar üçün “EDXİM elmi istehsal mərkəzi” MMC-ni təsis edib. Sonra neft quyularının və yeraltı anbarların hidroizolyasiyasında istifadə edilən “Smola PM-14” texnologiyasını hazırlayıb. Bu qətran Tatarıstanın neft və tikinti şirkətlərinin obyektlərində natura sınaqlarından uğurla keçib.
2003-cü ildə “Speskauçuk” ETİ-nin (Kazan) direktor müavini təyin edilib, institutda tiokol, poliefir və polieuretanların hazırlanmasına rəhbərlik edib, habelə onların əsasında məhsullar istehsal edib.
2005 – 2011-ci illərdə Kazan Texnologiya Universitetinin ümumi kimya texnologiyası kafedrasında pedaqoji fəaliyyətlə məşğul olub. Doktorluq dissertasiyasının müdafiəsindən sonra kafedranın professoru seçilib.
İctimai fəaliyyəti Vizual/Mobil redaktə
1988-ci ilin noyabrında həmfikirləri ilə postsovet məkanında ilk azərbaycanlı həmyerlilər cəmiyyətlərindən birini yaratmış və ona sədrlik etmişdir.
Ədəbiyyat Vizual/Mobil redaktə
- Bağıyeva M. Xaricdə yaşayan azərbaycanlılar. Qısa bioqrafik məlumat kitabçası. — Bakı, 2016. — ISBN 978-9952-8299-1-4. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 21 oktyabr 2017.
Videolar Vizual/Mobil redaktə
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |