Aydın Məmmədov2019.png
Logo1234.png
Şəki Ensiklopediyasına maliyyə dəstəyi göstərmək istəyən hər bir şəxs
4169 7413 0538 5039 (08/22 VISA)
Kapital Bank kart hesabımıza istədiyi məbləğdə ianə köçürə bilər.   Daha ətraflı
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasına məxsusdur.

Eldar Zülfüqarzadə

Şəki Ensiklopediyası səhifəsi
Vaqif Kərimov (Müzakirə | töhfələr) tərəfindən edilmiş 09:10, 11 iyul 2021 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Eldar Zülfüqarzadə
Zülfüqarzadə Eldar Ənvər oğlu
(rus.: Зульфугарзаде Эльдар Энверович/Энвер оглы)
Doğum tarixi 27 noyabr 1938(1938-11-27)
Doğum yeri Bakı, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Elmi dərəcəsi texnika elmləri namizədi
Təhsili

 • “Qırmızı Əmək Bayrağı” ordenli M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutu (–1960)  • Azərbaycan SSR EA Avtomatika və Telemexanika İnstitutunun aspiranturası (1962–1965)

 • Sov.İKP Moskva şəhər komitəsinin Marksizm-Leninizm Universiteti (–1978)
Uşağı Teymur Zülfüqarzadə
Atası Ənvər Zülfüqarov
Elmi rəhbəri Boris Petrov
Mükafatları "Əmək veteranı" medalı

Eldar Zülfüqarzadə — tanınmış metroloq alim, texnika elmləri namizədi, Rusiya Metroloji Akademiyasının həqiqi üzvü. 1993-cü ildən ABŞ-da yaşayır və 1993-cü ildən 2012-ci ilədək ABŞ Ticarət Nazirliyinin Milli Standartlar və Texnologiya İnstitutunda (ing. National Institute of Standards and Technology) əmək və elmi fəaliyyətlə məşğul olmuşdur. Daha əvvəl – 1989-cu ildə isə SSRİ-də Ümumittifaq Metroloji Xidmət Elmi-Tədqiqat İnstitutunun direktoru vəzifəsinə təyin edilmiş və 1993-cü ilədək həmin vəzifədə çalışmışdır.

Haqqında məlumatlar

27 noyabr 1938-ci il tarixdə Bakıda anadan olub.

Təhsili

1955-ci ildə Bakıda orta məktəbi (gümüş medalla),

1960-cı ildə “Qırmızı Əmək Bayrağı” ordenli M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunu (ixtisas: avtomatik, telemexaniki elektrik ölçmə cihazları və qurğuları) bitirib.

1962 – 1965-ci illərdə Azərbaycan SSR EA Avtomatika və Telemexanika İnstitutunun aspiranturasında təhsil alıb.

1978-ci ildə Sov.İKP Moskva şəhər komitəsinin Marksizm-Leninizm Universitetini bitirib.

Elmi fəaliyyəti

1970-ci ildə namizədlik dissertasiyasını müdafiə edib.

Əmək fəaliyyəti

1960 – 1967-ci illərdə Azərbaycan SSR EA Kibertexnika İnstitutunda əvvəl mühəndis, sonra böyük mühəndis,

1970 – 1973-cü illərdə Ümumittifaq Texniki Məlumat, Təsnifat və Kodlaşdırma Elmi Tədqiqat İnstitutunda (rus.: Всесоюзный научно-исследовательский институт технической информации, классификации и кодирования) sektor müdiri,

1973-cü ilin iyunundan Ümumrusiya Elmi Tədqiqat Metroloji Xidmət İnstitutunda (rus.: Всероссийском научно-исследовательском институте метрологической службы) əvvəl sektor müdiri, sonra avtomatlaşdırılmış metrologiya informasiya-idarəetmə sistemi baş şöbəsinin müdiri və elmi işlər üzrə direktor müavini vəzifəsində işləyib.

1989-cu ilin iyun ayından Ümumittifaq Metroloji Xidmət Elmi Tədqiqat İnstitutunun direktoru vəzifəsinə təyin edilib və bu vəzifədə 1993-cü ilin sentyabr ayınadək çalışıb.

1993 − 2012-ci illərdə ABŞ Ticarət Nazirliyinin Milli Standartlar və Texnologiya İnstitutunun (ing. National Institute of Standards and Technology) dəvət olunmuş tədqiqatçısı olub.

Digər

1985 – 1993-cü illərdə BMT-nin Avropa İqtisadi Komissiyasının rəsmi məruzəçisi olub.

1992-ci ildə Rusiya Metroloji Akademiyasının həqiqi üzvüdür.

Təltif və mükafatları

Ədəbiyyat

  1. Деятельность Европейской экономической комиссии ООН в сфере международно-правового регулирования процедур гармонизации стандартов (rus.). https://zakon.ru/. Информационно-правовой портал, создан ООО «Издательская группа «Закон». Arxivləşdirilib (11 iyul 2021).