Elməddin Məmmədov (1995–2020) — Vətən müharibəsində şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Elməddin
Məmmədov
Məmmədov Elməddin Mikayıl oğlu
Elməddin Məmmədov
Elməddin Məmmədov.
Doğum tarixi 30 iyul 1995(1995-07-30)
Doğum yeri Şəki kəndi, Şəki rayonu, Azərbaycan
Vəfat tarixi 6 oktyabr 2020 (25 yaşında)
Vəfat yeri Tərtər – Ağdərə istiqamətində, Azərbaycan
Dəfn yeri Turan qəsəbəsinin qəbiristanlığı, Şəki rayonu, Azərbaycan
Vəfat səbəbi döyüşdə şəhid olub
Vətəndaşlıq Azərbaycan
Mənsubiyyəti Azərbaycan Ordusu
Atası Mikayıl Məmmədov
Anası Qaratel Məmmədova
Həyat yoldaşı Gülsüm
Hərbi fəaliyyəti
Qoşun növü Quru Qoşunları
Rütbə sıravi
Təltifləri "Vətən uğrunda" medalı — 2020"Cəsur döyüşçü" medalı — 2021"Suqovuşanın azad olunmasına görə" medalı — 2020

Haqqında məlumatlar Redaktə

30 iyul 1995-ci il tarixdə Şəki rayonunun Şəki kəndində anadan olub.

Təhsili Redaktə

2001 – 2012-ci illərdə Turan qəsəbə tam orta məktəbində təhsil alıb.

Hərbi xidmətdə Redaktə

2013-cü ilin iyul ayından 2015-cı ilin yanvar ayınadək həqiqi hərbi xidmətdə olub.

2020-ci ilin yanvar ayında müddətdən artıq hərbi xidmətə qəbul edilib.

27 sentyabr 2020-ci il tarixdə başlayan Vətən müharibəsi zamanı Tərtər – Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak edib.

Şəhid olması Redaktə

6 oktyabr 2020-ci il tarixdə – 25 yaşında, Tərtər – Ağdərə istiqamətində gedən döyüşdə qəhrəmancasına həlak olub.

2 noyabr 2020-ci il tarixdə Turan qəsəbəsinin qəbiristanlığında dəfn edilib.

Təltif və mükafatları Redaktə

Ailəsi Redaktə

Ailədə iki qardaş olublar. Ölümündən iki il əvvəl ailə qurmuş, 2020-ci ilin aprel ayında bir qızı doğulmuşdur.

Maraqlı Redaktə

Vaqif Mustafayevin çəkdiyi “Xoca” filmində şəhid rolunu oynayıb.

İstinadlar Redaktə

Ədəbiyyat Redaktə

  1. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı : Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Vətən uğrunda” medalı ilə təltif edilməsi haqqında : [arx. 15 Dec 2020 - 6 Oct 2021] // Azərbaycan Müdafiə Nazirliyi. — 2020. — 15 dekabr. — Müraciət tarixi: 21.12.2021.
  2. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında : [arx. 29 Dec 2020 - 16 Feb 2022] // Azərbaycan Müdafiə Nazirliyi. — 2020. — 29 dekabr. — Müraciət tarixi: 21.12.2021.
  3. Azərbaycan Respublikası Prezidentinin Silahlı Qüvvələrin hərbi qulluqçularının “Cəsur döyüşçü” medalı ilə təltif edilməsi haqqında Sərəncamı : [arx. 24.06.2021] // Azərbaycan Müdafiə Nazirliyi. — 2021. — 24 iyun. — Müraciət tarixi: 09.12.2021.
  4. 44 günlük zəfər savaşında 56 şəkili gənc qəhrəmanlıqla döyüşərək Vətən uğrunda şəhid olmuşdur : ELMƏDDİN Mikayıl oğlu Məmmədov : [arx. 04.12.2021] // Şəki Şəhər İcra Hakimiyyəti. — Müraciət tarixi: 04.12.2021.

Videolar Redaktə