Elməddin Məmmədov
Elməddin Məmmədov (1995–2020) — Vətən müharibəsində şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.
Elməddin Məmmədov | |
---|---|
Məmmədov Elməddin Mikayıl oğlu | |
![]() | |
Elməddin Məmmədov. | |
Doğum tarixi | 30 iyul 1995 |
Doğum yeri |
Şəki kəndi, Şəki rayonu, ![]() |
Vəfat tarixi | 6 oktyabr 2020 (25 yaşında) |
Vəfat yeri |
Tərtər – Ağdərə istiqamətində, ![]() |
Dəfn yeri |
Turan qəsəbəsinin qəbiristanlığı, Şəki rayonu, ![]() |
Vəfat səbəbi | döyüşdə şəhid olub |
Vətəndaşlıq |
![]() |
Mənsubiyyəti |
![]() |
Atası | Mikayıl Məmmədov |
Anası | Qaratel Məmmədova |
Həyat yoldaşı | Gülsüm |
Hərbi fəaliyyəti | |
Qoşun növü |
![]() |
Rütbə |
![]() |
Təltifləri |
![]() ![]() ![]() |
Haqqında məlumatlarRedaktə
30 iyul 1995-ci il tarixdə Şəki rayonunun Şəki kəndində anadan olub.
TəhsiliRedaktə
2001 – 2012-ci illərdə Turan qəsəbə tam orta məktəbində təhsil alıb.
Hərbi xidmətdəRedaktə
2013-cü ilin iyul ayından 2015-cı ilin yanvar ayınadək həqiqi hərbi xidmətdə olub.
2020-ci ilin yanvar ayında müddətdən artıq hərbi xidmətə qəbul edilib.
27 sentyabr 2020-ci il tarixdə başlayan Vətən müharibəsi zamanı Tərtər – Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak edib.
Şəhid olmasıRedaktə
6 oktyabr 2020-ci il tarixdə – 25 yaşında, Tərtər – Ağdərə istiqamətində gedən döyüşdə qəhrəmancasına həlak olub.
2 noyabr 2020-ci il tarixdə Turan qəsəbəsinin qəbiristanlığında dəfn edilib.
Təltif və mükafatlarıRedaktə
- “Vətən uğrunda” medalı – ölümündən sonra (15.12.2020)[1];
- “Suqovuşanın azad olunmasına görə” medalı — ölümündən sonra (29.12.2020)[2];
- “Cəsur döyüşçü” medalı – ölümündən sonra (24.06.2021)[3].
AiləsiRedaktə
Ailədə iki qardaş olublar. Ölümündən iki il əvvəl ailə qurmuş, 2020-ci ilin aprel ayında bir qızı doğulmuşdur.
MaraqlıRedaktə
Vaqif Mustafayevin çəkdiyi “Xoca” filmində şəhid rolunu oynayıb.
İstinadlarRedaktə
ƏdəbiyyatRedaktə
- Azərbaycan Respublikası Prezidentinin Sərəncamı : Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Vətən uğrunda” medalı ilə təltif edilməsi haqqında : [arx. 15 Dec 2020 - 6 Oct 2021] // Azərbaycan Müdafiə Nazirliyi. — 2020. — 15 dekabr. — Müraciət tarixi: 21.12.2021.
- Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında : [arx. 29 Dec 2020 - 16 Feb 2022] // Azərbaycan Müdafiə Nazirliyi. — 2020. — 29 dekabr. — Müraciət tarixi: 21.12.2021.
- Azərbaycan Respublikası Prezidentinin Silahlı Qüvvələrin hərbi qulluqçularının “Cəsur döyüşçü” medalı ilə təltif edilməsi haqqında Sərəncamı : [arx. 24.06.2021] // Azərbaycan Müdafiə Nazirliyi. — 2021. — 24 iyun. — Müraciət tarixi: 09.12.2021.
- 44 günlük zəfər savaşında 56 şəkili gənc qəhrəmanlıqla döyüşərək Vətən uğrunda şəhid olmuşdur : ELMƏDDİN Mikayıl oğlu Məmmədov : [arx. 04.12.2021] // Şəki Şəhər İcra Hakimiyyəti. — Müraciət tarixi: 04.12.2021.
VideolarRedaktə
© 2019 – 2023 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |