Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

"Elman Mustafayev (coğrafiyaşünas-pedaqoq)" səhifəsinin versiyaları arasındakı fərqlər

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Sətir 4: Sətir 4:
 
  |Tam adı          = ''Mustafayev Elman Abduləli oğlu ''
 
  |Tam adı          = ''Mustafayev Elman Abduləli oğlu ''
 
  |Piktoqram        =  bio  
 
  |Piktoqram        =  bio  
  |Şəkil            = Elman_Mustafayev2.jpg
+
  |Şəkil            = Elman_Mustafayev7.jpg
 
  |Şəklin ölçüsü    =  
 
  |Şəklin ölçüsü    =  
 
  |Şəklin izahı    = Elman Mustafayev, 29 avqust 2018-ci il.  
 
  |Şəklin izahı    = Elman Mustafayev, 29 avqust 2018-ci il.  

07:28, 11 may 2022 versiyası

Elman Mustafayev
Mustafayev Elman Abduləli oğlu
Elman Mustafayev
Elman Mustafayev, 29 avqust 2018-ci il.
Doğum tarixi 11 may 1949 (1949-05-11) (74 yaş)
Doğum yeri Nuxa, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Həyat yoldaşı Sevda Mustafayeva
Uşaqları Rüfət, Tural, İlqar
Atası Abduləli
Anası Münəvvər
Vətəndaşlıq Flag of Azerbaijan.svg Azərbaycan
Milliyyəti azərbaycanlı
Dini islam
İxtisası coğrafiyaşünas
Təhsili S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, coğrafiya fakültəsi (1971–1976)

Elman Mustafayev — coğrafiyaşünas-pedaqoq və rəhbər kadr. Uzun müddət Şəki şəhər 17 saylı tam orta məktəbinin direktoru vəzifəsində çalışmışdır.

Haqqında məlumatlar

11 may 1949-cu il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili

1956 – 1966-cı illərdə Nuxa şəhər 10 №-li orta məktəbində,

1971 – 1976-cı illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin coğrafiya fakültəsində təhsil alıb.

Əmək fəaliyyəti

1967 – 1971-ci illərdə arasında V.İ.Lenin adına Nuxa Bədii İstehsalat kombinatında əvvəl köməkçi işçi, sonra isə briqada rəhbəri olub.

1976 – 1979-cu illərdə Şəki rayon Dərəcənnət kənd səkkizillik məktəbində coğrafiya müəllimi vəzifəsində çalışıb.

1979 – 1981-ci illərdə Şəki şəhər Könüllü Kitabsevərlər Cəmiyyətininin məsul katibi olub.

1981 – 1985-ci illərdə Azərbaycan KP Şəki şəhər komitəsinin təbliğat və təşviqat şöbəsində təlimatçı,

1985 – 1991-ci illərdə Azərbaycan KP Şəki şəhər komitəsinin siyasi-maarif kabinəsinin müdiri,

1991-ci ilin mart – avqust ayları arasında Azərbaycan KP Şəki şəhər komitəsində partiya təşkilatçısı vəzifəsində çalışıb.

1991-ci ilin avqust – sentyabr aylarında isə Azərbaycan KP Şəki şəhər komitəsinin katibi və büro üzvü olub.

1992-ci ildə Şəki şəhər Xalq Deputatları Sovetinin növbədənkənar sessiyasında sədr seçilib.

1993 – 1994-cü illərdə Şəki Tütün fermentasiya zavodunun tütün tədarükü məntəqəsində müdir müavini,

1994 – 1999-cu illərdə Şəki rayon Meşə təsərrüfatı idarəsinin müdiri,

1999 – 2000-cu ildə Şəki şəhər Təhsil şöbəsində direktor müavini,

2000 – 2018-ci illərdə isə Şəki şəhər 17 saylı tam orta məktəbin direktoru olub.

2018-ci ildə təqaüdə çıxıb.

Ailəsi

Ailəlidir. 3 oğlu 5 nəvəsi var;

  • həyat yoldaşı: Mustafayeva Sevda Mirzəxan qızı – təqaüdçüdür, uzun illər coğrafiya müəllimi işləyib.
  • böyük oğlu: Mustafazadə Rüfət – Kürdəmir Rayon Polis Şöbəsində İstintaq Bölməsinin rəisi vəzifəsində işləyir.
  • ortancıl oğlu: Mustafayev Tural – Bakı şəhərində yerləşən “Mustafaoğlu” holdingin təsisçisi və rəhbəridir.
  • kiçik oğlu: Mustafayev İlqar – Şəki şəhər 17 saylı tam orta məktəbdə təsərrüfat işləri üzrə direktor müavini vəzifəsində işləyir.

Şablon:Yaxşı məqalə