Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

Elman Mustafayev (coğrafiyaşünas-pedaqoq)

Şəki Ensiklopediyası səhifəsi
WikiSysop (Müzakirə | töhfələr) tərəfindən edilmiş 13:45, 12 iyul 2020 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Elman Mustafayev
Elman Abduləli oğlu Mustafayev
Fayl:Elman Mustafayev2.jpg
Elman Abduləli oğlu Mustafayev, 2018-ci il 29 avqust
Doğum tarixi 11 may 1949 (1949-05-11) (74 yaş)
Doğum yeri Şəki şəhəri
Həyat yoldaşı Sevda Mustafayeva
Uşaqları

Mustafazadə Rüfət, Mustafayev Tural,

Mustafayev İlqar
Atası Abduləli
Anası Münəvvər
Vətəndaşlıq Azərbaycan Demokratik Respublikası
Milliyyəti azərbaycanlı
Dini İslam
İxtisası Coğrafiyaşünas
Təhsili Ali
Fəaliyyət illəri 1976-2018

Elman Mustafayev (Elman Abduləli oğlu Mustafayev - 11 may 1949-cu il , Şəki şəhəri , Azərbaycan SSR, SSRİ) – Dövlət xadimi,ziyalı.

Haqqında məlumatlar

Elman Mustafayev 1949-cu ilin 11 may tarixində Şəki şəhərində dünyaya gəlmişdir.1956-ci ildə Şəki şəhər 10 saylı orta məktəbdə təhsil almağa başlamış 1966-cı ildə həmin məktəbin məzunu olmuşdur.

1967-1971-ci illər arasında Sənət İstehsalı zavodunda öncə köməkçi işçi qısa müddət sonra briqada rəhbəri işləmişdir.

1971-ci ildə BDU-nin Coğrafiya fakultetinə daxil olmuş 1976-cı ildə Qırmızı diplomla məzun olmuşdur.

Universteti bitirdikdən sonra 1976-cı ildə təyinatla Şəki şəhər Dərəcənnət kənd 8 illik məktəbinə coğrafiya müəllimi kimi göndərilmiş və orda işə başlamışdır-Məktəbdə müəllim işlədiyi müddətdə həm kənd sakinlərinin həm şagirdlərin həmdə kollektivin böyük hörmətini qazanmışdır.

1979-cu ildə Şəkişəhər "Könüllü kitabsevərlər" cəmiyyətininə məsul katib seçilmişdir-Katib vəzifəsini uğurla həyata keçirmiş və Şəki şəhərində və kəndlərində kitabsevərlər üçün bir çox tədbirlər keçirmişdir.

1981-ci ildə Şəki şəhər partiya komitəsinin Təbliğat və təşviqat şəbəsində təlimatşı vəzifəsinə təyin edilmişdir

1985-ci ildə Azərbaycan KP-nın Şəki şəhər komitəsinin siyasi maarif kabinəsinin müdiri vəzifəsinə təyin edilmişdir.

1991-ci ilin mart ayında Partiya təşkilatçısı vəzifəsinə və elə həmin ilin avqust ayında Azərbaycan KP Şəki şəhər komitəsinin katibi ( III katib) təyin edilmiş və büro üzvü seçilmişdir.

1992-ci ildə Şəki şəhər Xalq Deputatları Sovetinin növbədənkənar sessiyasında mütləq səs çoxluğu ilə Sədr seçilmişdir-Xalqın o agır,çətin zamanında daim xalqla iç-içə olmuş və hər zaman onlara öz köməkliyini əsirgəməmişdir.

1993-cü ildə Şəki Tütün fermentasiya zavodunun tütün tədarükü məntəqəsində müdür müavini vəzifəsinə təyin olunmuşdur.

1994-cü ildə Şəki Meşə Təsərrüfatının direktoru vəzifəsinə təyin edilmişdir-İşlədiyi müddətdə həm təbiətin qorunmasında boyük rol oynamışdır.Həmin dövrlərdə Şəki şəhərində və ətraf kəndlərində mavi yanacağın olmaması səbəbilə sakinlərin meşələrdən odun tədarükü üçün köməklik göstərmiş və bir çox yeni meşə zolaqları salaraq geniş meşə massivləri yaratmışdır.

1999-cu ildə Şəki şəhər Təhsil Şöbəsində müdür müavini vəzifəsinə təyin edilmişdir.

2000-ci ildə Şəki şəhər 17 saylı tam orta məktəbin direktoru vəzifəsinə təyin edilmişdir-Rəhbərlik etdiyi 18 ildə Şəki şəhər 17 saylı tam orta məktəbin adını nəinki şəhər məktəbləri sırasında hətda respublika səviyyəsində yüksəltməyə nail olmuşdur.Dəfələrlə fənn olimpiadalarında,idman yarışlarında bu məktəbin adı ön sıralarda yer almışdır.Məzunlarının bir çoxu yüksək balla ali məktəblərə qəbul olmuşdular.Təsadüfi deyilki,Şəki şəhər 17 saylı tam orta məktəb deyildikdə Elman Mustafayevin adı dərhal yada düşür.

2018-ci ildə Təqaüdə çıxmışdır.

Dəfələrlə dövlət mükafatları ilə,diplomlarla təltif edilmişdir.

Ailəsi

Ailəlidir. 3 oğlu 5 nəvəsi var(Aysu,Nigar,Sevda,Gültac,Elman).Nəvələrindən sonuncusu adını daşıyır.

Həyat Yoldaşı Sevda xanım (Sevda Mirzəxan qızı Mustafayeva) uzun illər Coğrafiya müəllimi olmuş halhazırda təqaüddədir.

Böyük oğlu Mustafazadə Rüfət Elman oğlu, Kürdəmir Rayon Polis Şöbəsində İstintaq Bölməsinin rəisi vəzifəsində işləyir.

Ortancıl oğlu Mustafayev Tural Elman oğlu, Bakı şəhərində yerləşən " Mustafaoğlu" Holdingin təsisçisi və rəhbəridir.

Kiçik oğlu Mustafayev İlqar Elman oğlu, Şəki şəhər 17 saylı tam orta məktəbdə Təsərrüfat işləri üzrə direktor müavini vəzifəsində işləyir.