Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

"Elman Mustafayev (kitab satıcısı)" səhifəsinin versiyaları arasındakı fərqlər

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
k (WikiSysop Elman Mustafayev səhifəsinin adını Elman Mustafayev (kitab satıcısı) olaraq dəyişdi.)
(Fərqli deyil)

13:23, 12 iyul 2020 versiyası

Elman Mustafayev
Elman Mustafayev
Doğum tarixi 1940(1940-İfadə xətası: "{" punktuasiyasının tanınmayan simvolu.-{{{3}}})[[Kateqoriya:{{{3}}} qeyri-müəyyən ayda doğulanlar]]
Doğum yeri Şəki
Vəfat tarixi 10 fevral 2019
Vəfat yeri Bakı
Peşəsi kitab satıcısı


Həyatı

Elman Mustafayev 1940-cı ildə Şəki şəhərində ziyalı ailəsində anadan olmuşdur[1].

Orta təhsilini elə doğma şəhərdə almışdır[1].

Cavan vaxtlarımda orkestrdə tar çalmışdır[1]. Sonra iki illik kulinar şagirdlik məktəbini bitirmişdir[1]. Bir müddət Şəkidə restoran müdiri, daha sonra elektrik işləmişdir[1].

Litvanın Kaunas şəhərində Sovet Ordusunda xidmət edərkən[2] suvaqçı, rəngsaz, bənnalıq kimi inşaatçı ixtisaslarına yiyələnmişdir[1].

Amma uşaqlıqdan kitaba olan həvəsi ilə Azərbaycan Dövlət Universitetinin Kitabxanaçılıq fakültəsində "Kitab-əmtəəşünaslıq və biblioqrafiya" ixtisası üzrə ali təhsil almışdır. Gündüzlər işləmiş, gecələr isə universitetdə oxumuşdur[1].

2018-ci ilin sonlarından xəstə olan Elman dayı 2019-cu ilin fevral ayının 11-də vəfat etmişdir[3].

Kitab sahəsində fəaliyyəti

50 ildən çox kitab sahəsində çalışmışdır[3]. Hələ tələbəlik illərindən kitab mağazasının müdiri işləmişdir[1].

1967-1980-ci illərdə Bakıda Fəvvarələr meydanının yanında Tədris Pedaqoji Kitab Mağazasının[q 1] direktoru vəzifəsində işləmişdir[4].

O, 1980-1985-ci illərdə ilk Bakı Kitab Evinin ilk direktoru olmuşdur[4]. Kitab evinin direktoru olduğu müddətdə elm, mədəniyyət, incəsənət xadimləri ilə mütəmadi görüşlər təşkil etmişdir. Xarici ölkələrdə keçirilmiş beynəlxalq səviyyəli kitab sərgilərində Azərbaycanı təmsil etmişdir.

1985-ci ildən[5] həyatının sonuna qədər İçəri Şəhərdə, Qız qalasının yaxınlığında yerləşən kitab mağazasının - İçəri Şəhər kitab evinin direktoru idi[6]. 2005-ci ildən işlədiyi mağazanı özəlləşdirərək[1], onun sahibi olmuşdur. Oxucular arasında həmin mağaza "Elman dayının kitab dükanı" kimi tanınırdı[6].

Yaradıcılığı

"Kitab əhlinin sərrafı oldum" kitabı

Elman Mustafayev "Kitab əhlinin sərrafı oldum" adlı kitabın müəllifidir. Həmin kitab 2013-cü ildə Bakıdakı "Elm" nəşriyyatında çap olunub. Əsərdə onun ədəbiyyat sahəsindəki çalışmaları, həyatla bağlı özünəməxsus fikirləri, düşüncələri, tanınmış şəxsiyyətlər və baməzə adamlarla bağlı acılı-şirinli xatirələri, o cümlədən mətbuatda onun haqqında çap olunmuş yazılar yer almışdır[7].

Qeydlər

  1. İndi həmin yerdə Prezident Kitabxanası yerləşir.

İstinadlar

  1. 1,0 1,1 1,2 1,3 1,4 1,5 1,6 1,7 1,8 Sadə peşəkar - 7 ixtisaslı məşhur kitab satıcısı: “Kitab satmağı kartof satmağa döndəriblər” - PROJE. modern.az, 02.05.2012  (azərb.)
  2. Elxan Xanəlizadə. KİTAB ALLAHI. 24.01.2011  (azərb.)
  3. 3,0 3,1 Bakının ən məşhur kitabçısı vəfat edib. modern.az, 13.02.2019  (azərb.)
  4. 4,0 4,1 Kitabsevən gənclərin Elman dayısı - 30 ilin kitab aşiqi - FOTOLAR. musavat.com, 02.04.2017  (azərb.)
  5. “Bakıda kitab ticarəti həmişə yüksək olub”. medeniyyet.az, 23.09.2013  (azərb.)
  6. 6,0 6,1 İngiltərədə kitab dükanları, Əli və Nino və Elman dayı. bbc.com, 15.09.2014  (azərb.)
  7. Elman Mustafayev. "Kitab əhlinin sərrafı oldum", Bakı, "Elm" nəşriyyatı, 2013  (azərb.)

Xarici keçidlər