Elman Mustafayev (kitab satıcısı)

Şəki Ensiklopediyası səhifəsi
WikiSysop (müzakirə | redaktələr) tərəfindən edilmiş 04:19, 3 yanvar 2022 tarixli redaktə
Elman Mustafayev
Mustafayev Elman Soltan oğlu
Elman Mustafayev
Elman Mustafayev, 2017-ci il.
Doğum tarixi 4 yanvar 1940(1940-01-04)
Doğum yeri Nuxa (indiki Şəki), Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 11 fevral 2019 (79 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Milliyyəti azərbaycanlı
İxtisası kitab-əmtəəşünaslıq və biblioqrafiya
Təhsili

Bakı Ticarət-Kulinar Şagirdliyi Məktəbi (1957–1959)

S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, kitabxanaçılıq fakültəsi (axşam şöbəsi, 1965–1970)
Fəaliyyəti kitab satıcısı

Elman Mustafayev (1940–2019) — məşhur kitab satıcısı; 50 ildən artıq bir müddət ərzində Bakıda kitab satışı ilə məşğul olmuşdur.

Haqqında məlumatlar

4 yanvar 1940-cı il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili

1947 – 1957-ci illərdə Nuxa şəhər 5 №-li orta məktəbində,

1957 – 1959-cu illərdə Bakı Ticarət-Kulinar Şagirdliyi Məktəbində,

1965 – 1970-ci illərdə isə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin kitabxanaçılıq fakültəsində (axşam şöbəsi) təhsil alıb.

Əmək fəaliyyəti

Heydər Əliyev Elman Mustafayevin kitab mağazasında.

1960-cı illərin əvvəllərində bir müddət Nuxada restoran müdiri işləyib.

1967 – 1980-ci illərdə Bakıda Fəvvarələr meydanının yanında Tədris Pedaqoji Kitab Mağazasının[q 1],

1980 – 1985-ci illərdə isə Bakıdakı ilk Kitab evinin direktoru olub.

Kitab evinin direktoru olduğu müddətdə xarici ölkələrdə keçirilmiş beynəlxalq səviyyəli kitab sərgilərində Azərbaycanı təmsil edib.

1985-ci ildən həyatının sonuna qədər İçəri Şəhərdə Qız qalasının yaxınlığında yerləşən kitab mağazasının – “İçəri Şəhər Kitab Evi”nin direktoru vəzifəsində çalışıb.

2005-ci ildə işlədiyi mağazanı özəlləşdirib və əvvəlki təyinatı üzrə istifadə edib.

Publisistik fəaliyyəti

“Kitab əhlinin sərrafı oldum” kitabının üz qabığı.

2013-cü ildə “Kitab əhlinin sərrafı oldum” kitabı “Elm” nəşriyyatında çap olunub. Kitabda həyatla bağlı fikirləri, düşüncələri, tanınmış şəxsiyyətlər və baməzə adamlarla bağlı xatirələri, o cümlədən mətbuatda onun haqqında çap olunmuş yazılar yer alıb.

Video

Vəfatı

11 fevral 2019-cu il tarixdə – 79 yaşında, Bakıda vəfat edib. 2 gün sonra – 13 fevralda, Azərbaycanın aparıcı xəbər saytlarında “Bakının ən məşhur kitabçısı vəfat edib” başlığı altında onun vəfatı xəbəri yayılıb[1].

Qeydlər

  1. İndi həmin yerdə Prezident Kitabxanası yerləşir.

İstinadlar

  1. A.Qorxmaz (13.02.2019). "Bakının ən məşhur kitabçısı vəfat edib". https://modern.az/ (azərb.). modern.az. 14 Feb 2019 - 5 Aug 2020 tarixində arxivləşdirilib.

Ədəbiyyat

  1. Məhəmməd Türkmən. "Kitabsevən gənclərin Elman dayısı - 30 ilin kitab aşiqi". https://musavat.com/ (azərb.). "Yeni Müsavat" qəzeti. 17 Jun 2017 tarixində arxivləşdirilib.
  2. A.Qorxmaz (13.02.2019). "Bakının ən məşhur kitabçısı vəfat edib". https://modern.az/ (azərb.). modern.az. 14 Feb 2019 - 5 Aug 2020 tarixində arxivləşdirilib.

Şablon:Yaxşı məqalə