Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

Elman Mustafayev (kitab satıcısı)

Şəki Ensiklopediyası səhifəsi
WikiSysop (Müzakirə | töhfələr) (→‎Əmək fəaliyyəti) tərəfindən edilmiş 03:34, 12 fevral 2021 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Elman Mustafayev
Mustafayev Elman
Elman Mustafayev
Doğum tarixi 4 yanvar 1940(1940-01-04)
Doğum yeri Nuxa, Nuxa rayonu, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vəfat tarixi 11 fevral 2019 (79 yaşında)
Vəfat yeri Bakı, Flag of Azerbaijan.svg Azərbaycan
Milliyyəti azərbaycanlı
İxtisası kitab-əmtəəşünaslıq və biblioqrafiya
Təhsili

Bakı Ticarət-Kulinar Şagirdliyi Məktəbi

S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, kitabxanaçılıq fakültəsi (axşam şöbəsi)
Fəaliyyəti kitab satıcısı

Haqqında məlumatlar

4 yanvar 1940-cı il tarixdə Nuxada anadan olub.

Təhsili

Nuxada orta məktəbi bitirib.

Bakı Ticarət-Kulinar Şagirdliyi Məktəbində və

S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin kitabxanaçılıq fakültəsində (axşam şöbəsi) əhsil alıb.

Əmək fəaliyyəti

Bakı Ticarət-Kulinar Şagirdliyi Məktəbini bitirdikdən sonra bir müddət Nuxada restoran müdiri işləyib.

1967 – 1980-ci illərdə Bakıda Fəvvarələr meydanının yanında Tədris Pedaqoji Kitab Mağazasının[q 1] direktoru olub[1].

O, 1980-1985-ci illərdə ilk Bakı Kitab Evinin ilk direktoru olmuşdur[2]. Kitab evinin direktoru olduğu müddətdə elm, mədəniyyət, incəsənət xadimləri ilə mütəmadi görüşlər təşkil etmişdir. Xarici ölkələrdə keçirilmiş beynəlxalq səviyyəli kitab sərgilərində Azərbaycanı təmsil etmişdir.

1985-ci ildən[3] həyatının sonuna qədər İçəri Şəhərdə, Qız qalasının yaxınlığında yerləşən kitab mağazasının - İçəri Şəhər kitab evinin direktoru idi[4]. 2005-ci ildən işlədiyi mağazanı özəlləşdirərək[5], onun sahibi olmuşdur. Oxucular arasında həmin mağaza "Elman dayının kitab dükanı" kimi tanınırdı[4].

Yaradıcılığı

"Kitab əhlinin sərrafı oldum" kitabı

Elman Mustafayev "Kitab əhlinin sərrafı oldum" adlı kitabın müəllifidir. Həmin kitab 2013-cü ildə Bakıdakı "Elm" nəşriyyatında çap olunub. Əsərdə onun ədəbiyyat sahəsindəki çalışmaları, həyatla bağlı özünəməxsus fikirləri, düşüncələri, tanınmış şəxsiyyətlər və baməzə adamlarla bağlı acılı-şirinli xatirələri, o cümlədən mətbuatda onun haqqında çap olunmuş yazılar yer almışdır[6].


Vəfatı

11 fevral 2019-cu il tarixdə – 79 yaşında, Bakıda vəfat edib. 2 gün sonra – 13 fevralda, Azərbaycanın aparıcı xəbər saytlarında “Bakının ən məşhur kitabçısı vəfat edib” başlığı altında onun vəfatı xəbəri yayılıb[7].

İstinadlar və qeydlər

  1. Məhəmməd Türkmən. "Kitabsevən gənclərin Elman dayısı - 30 ilin kitab aşiqi". https://musavat.com/ (azərb.). "Yeni Müsavat" qəzeti. 17 Jun 2017 tarixində arxivləşdirilib.
  2. Sitat səhvi: Invalid <ref> tag; no text was provided for refs named musavat.com
  3. “Bakıda kitab ticarəti həmişə yüksək olub”. medeniyyet.az, 23.09.2013  (azərb.)
  4. 4,0 4,1 İngiltərədə kitab dükanları, Əli və Nino və Elman dayı. bbc.com, 15.09.2014  (azərb.)
  5. Sitat səhvi: Invalid <ref> tag; no text was provided for refs named modern.az
  6. Elman Mustafayev. "Kitab əhlinin sərrafı oldum", Bakı, "Elm" nəşriyyatı, 2013  (azərb.)
  7. A.Qorxmaz (13.02.2019). "Bakının ən məşhur kitabçısı vəfat edib". https://modern.az/ (azərb.). modern.az. 14 Feb 2019 - 5 Aug 2020 tarixində arxivləşdirilib.


Sitat səhvi: <ref> tags exist for a group named "q", but no corresponding <references group="q"/> tag was found