Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

Elman Mustafayev (kitab satıcısı)

Şəki Ensiklopediyası səhifəsi
WikiSysop (Müzakirə | töhfələr) tərəfindən edilmiş 04:13, 12 fevral 2021 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Elman Mustafayev
Mustafayev Elman
Elman Mustafayev
Elman Mustafayev, 2017-ci il.
Doğum tarixi 4 yanvar 1940(1940-01-04)
Doğum yeri Nuxa, Nuxa rayonu, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vəfat tarixi 11 fevral 2019 (79 yaşında)
Vəfat yeri Bakı, Flag of Azerbaijan.svg Azərbaycan
Milliyyəti azərbaycanlı
İxtisası kitab-əmtəəşünaslıq və biblioqrafiya
Təhsili

Bakı Ticarət-Kulinar Şagirdliyi Məktəbi

S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, kitabxanaçılıq fakültəsi (axşam şöbəsi)
Fəaliyyəti kitab satıcısı

Elman Mustafayev – Bakının məşhur kitab satıcısı; 50 ildən artıq bir müddətdə kitab satışı ilə məşğul olmuşdur.

Haqqında məlumatlar

4 yanvar 1940-cı il tarixdə Nuxada anadan olub.

Təhsili

Nuxada orta məktəbi bitirib.

Bakı Ticarət-Kulinar Şagirdliyi Məktəbində,

S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin kitabxanaçılıq fakültəsində (axşam şöbəsi) təhsil alıb.

Əmək fəaliyyəti

Bakı Ticarət-Kulinar Şagirdliyi Məktəbini bitirdikdən sonra bir müddət Nuxada restoran müdiri işləyib.

1967 – 1980-ci illərdə Bakıda Fəvvarələr meydanının yanında Tədris Pedaqoji Kitab Mağazasının[q 1] direktoru olub.

1980 – 1985-ci illərdə Bakıdakı ilk Kitab Evinin direktoru olub. Kitab evinin direktoru olduğu müddətdə xarici ölkələrdə keçirilmiş beynəlxalq səviyyəli kitab sərgilərində Azərbaycanı təmsil edib.

1985-ci ildən həyatının sonuna qədər İçəri Şəhərdə Qız qalasının yaxınlığında yerləşən kitab mağazasının – İçəri Şəhər kitab evinin direktoru olub.

2005-ci ildə işlədiyi mağazanı özəlləşdirib və əvvəlki təyinatı üzrə istifadə edib.

Publisistik fəaliyyəti

“Kitab əhlinin sərrafı oldum” kitabının üz qabığı.

2013-cü ildə “Kitab əhlinin sərrafı oldum” kitabı “Elm” nəşriyyatında çap olunub. Əsərdə onun ədəbiyyat sahəsindəki fəaliyyəti, həyatla bağlı özünəməxsus fikirləri, düşüncələri, tanınmış şəxsiyyətlər və baməzə adamlarla bağlı xatirələri, o cümlədən mətbuatda onun haqqında çap olunmuş yazılar yer alıb.

Vəfatı

11 fevral 2019-cu il tarixdə – 79 yaşında, Bakıda vəfat edib. 2 gün sonra – 13 fevralda, Azərbaycanın aparıcı xəbər saytlarında “Bakının ən məşhur kitabçısı vəfat edib” başlığı altında onun vəfatı xəbəri yayılıb[1].

Qeydlər

  1. İndi həmin yerdə Prezident Kitabxanası yerləşir.

İstinadlar

  1. A.Qorxmaz (13.02.2019). "Bakının ən məşhur kitabçısı vəfat edib". https://modern.az/ (azərb.). modern.az. 14 Feb 2019 - 5 Aug 2020 tarixində arxivləşdirilib.

Ədəbiyyat

  1. Məhəmməd Türkmən. "Kitabsevən gənclərin Elman dayısı - 30 ilin kitab aşiqi". https://musavat.com/ (azərb.). "Yeni Müsavat" qəzeti. 17 Jun 2017 tarixində arxivləşdirilib.
  2. A.Qorxmaz (13.02.2019). "Bakının ən məşhur kitabçısı vəfat edib". https://modern.az/ (azərb.). modern.az. 14 Feb 2019 - 5 Aug 2020 tarixində arxivləşdirilib.

Şablon:Yaxşı məqalə