Elman Zülfüqarov — AMEA akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun baş texnoloqu və təchizat və xidmət şöbəsinin müdiri.

Elman Zülfüqarov
Zülfüqarov Elman Abdul oğlu
Elman Zülfüqarov
Elman Zülfüqarov.
Doğum tarixi 12 avqust 1946 (1946-08-12) (77 yaş)
Doğum yeri Bakı, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
İş yeri AMEA akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutu (baş texnoloq və xidmət şöbəsinin müdiri)
Təhsili M.Əzizbəyov adına Azərbaycan Neft Kimya İnstitutu, kimya-texnologiya fakültəsi (–1971)
Uşaqları Ülvi və Rüfət
Atası Abduləli Zülfüqarov
Anası Zəhra Məmmədhənifə qızı

Haqqında məlumatlar

12 avqust 1946-cı il tarixdə Bakıda anadan olub.

Təhsili

1964-cü ildə Bakı şəhər 134 №-li orta məktəbini,

1971-ci ildə M.Əzizbəyov adına Azərbaycan Neft Kimya İnstitutunun kimya-texnologiya fakültəsini bitirib.

Əmək fəaliyyəti

1965-ci ildən indiki AMEA akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunda işləyir. O cümlədən, əvvəl laborant, sonra elmi işçi, şöbə müdiri,

2002 – 2021-ci illərdə isə ümumi işlər üzrə direktor müavini vəzifəsini tutub.

2021-ci ilin noyabr ayında institutda həyata keçirilən struktur dəyişikləri ilə bağlı olaraq ümumi işlər üzrə direktor müavini vəzifəsi ləğv olunduqdan sonra baş texnoloq vəzifəsinə keçirilib. Həmçinin, təchizat və xidmət şöbəsinin müdiri vəzifəsində çalışır.

Ədəbiyyat

  1. Akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutu : [arx. 13 Sep 2021 - 6 Jul 2022] // Azərbaycan Milli Elmlər Akademiyası. — Müraciət tarixi: 21.07.2022.
  2. Struktur : [arx. 11 Apr 2017 - 9 Jun 2023] // AMEA Akademik Ə.M.Quliyev adına Aşqarlar Kimyası İnstitutu. — Müraciət tarixi: 11.08.2023.