Elmar İbrahimov — tanınmış fokusçu-illüziyaçı.

Elmar İbrahimov
İbrahimov Elmar Hümmət oğlu
Elmar İbrahimov
Elmar İbrahimov, 2021-ci il.
Doğum tarixi 25 sentyabr 1962 (1962-09-25) (61 yaş)
Doğum yeri Zunud, Nuxa (indiki Şəki) rayonu, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Təhsili

 • Bakı Baza Energetika Texnikumu (–1986)

 • M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutu (1989–)
facebook səhifəsi

Haqqında məlumatlar

25 sentyabr 1962-ci il tarixdə Nuxa (indiki Şəki) rayonunun Zunud kəndində anadan olub.

Təhsili

1986-cı ildə Bakı Baza Energetika Texnikumunu bitirib.

1989-cu ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutuna daxil olub.

Əmək və illüziyaçı fəaliyyəti

Hələ tələbə olarkən Azərbaycan film kinostudiyasında, sonralar isə Mingəçevir Dövlət Rayon Elektrik stansiyasında işləyib.

1970 illərdən 1998-ci ilədək həvəskar şəkildə illüziya sənəti ilə məşğul olub.

2004 – 2018-ci illərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyi Həzi Aslanov adına Mərkəzi Zabitlər Evinin mahnı və rəqs ansamblında birinci dərəcəli artist ştatında peşəkar illüziyaçı kimi fəaliyyət göstərib.

Digər

2006-cı və 2008 ci illərdə “Altun” nəşriyyatında fokus sənəti haqqında iki kitabı çap olunub.

Videolar