Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

"Elmira Hacıyeva" səhifəsinin versiyaları arasındakı fərqlər

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Sətir 29: Sətir 29:
 
|Sayt            =  
 
|Sayt            =  
 
}}
 
}}
'''Elmira Hacıyeva''' həkim-pediatr, [[Şəki Tibb Kolleci|Şəki Tibb Kollecinin]] direktoru və Şəki şəhər bələdiyyəsinin üzvü.
+
'''Elmira Hacıyeva''' həkim-pediatr, [[Şəki Tibb Kolleci|Şəki Tibb Kollecinin]] direktoru və Şəki şəhər bələdiyyəsinin üzvü.
  
 
==Haqqında məlumatlar==
 
==Haqqında məlumatlar==

11:46, 17 yanvar 2021 versiyası

Elmira Hacıyeva
Hacıyeva Elmira Ələkbər qızı
Elmira Hacıyeva
Elmira Hacıyeva
Doğum tarixi 18 yanvar 1952 (1952-01-18) (72 yaş)
Doğum yeri Urnük, Ağdaş rayonu, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Milliyyəti azərbaycanlı
Təhsili Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutu, pediatriya fakültəsi (1968 – 1974)
Mükafatları "Tərəqqi" medalı

Elmira Hacıyeva – həkim-pediatr, Şəki Tibb Kollecinin direktoru və Şəki şəhər bələdiyyəsinin üzvü.

Haqqında məlumatlar

18 yanvar 1952-ci il tarixdə Ağdaş rayonunun Urnük kəndində, ziyalı ailəsində anadan olub.

Təhsili

1958 – 1968-ci illərdə Nuxa şəhər 5 №-li orta məktəbində və Nuxa şəhər 1 №-li orta məktəbində,

1968 – 1974-cü illərdə isə Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun pediatriya fakültəsində təhsil alıb.

1974 – 1975-ci illərdə Bakı şəhər 6 saylı Uşaq xəstəxanasında internatura keçib.

Əmək fəaliyyəti

1975-ci ildə Şəki 3 saylı Uşaq poliklinikasında sahə həkimi kimi əmək fəaliyyətinə başlayıb.

1976 – 1985-ci illərdə Şəki 3 saylı Uşaq poliklinikasının,

1985 – 1988-ci illərdə isə Şəki Birləşmiş Uşaq Xəstəxanasının baş həkimi olub.

1988-ci ildə Şəki Tibb Məktəbinə direktor təyin olunub.

İctimai-siyasi aktivliyi

1997-ci ildən Yeni Azərbaycan Partiyasının üzvü və Şəki Tibb Kolleci YAP ərazi ilk təşkilatının sədridir.

2019-cu ildə Yeni Azərbaycan Partiyası tərəfindən Şəki şəhər bələdiyyəsinə namizədliyi irəli sürülüb.

2019-cu il 23 dekabr tarixdə Şəki şəhər bələdiyyəsinin üzvü seçilib.

Mükafatları

Həmçinin, bax:

Şablon:Yaxşı məqalə