Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

"Elmira Hacıyeva" səhifəsinin versiyaları arasındakı fərqlər

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Sətir 1: Sətir 1:
[[Kateqoriya: E]][[Kateqoriya:Şəki şəhər bələdiyyəsi üzvlüyünə namizədlər (2019)]][[Kateqoriya:Şəkidən çıxmış həkimlər]]
+
[[Kateqoriya: E]][[Kateqoriya:Şəki şəhər bələdiyyəsi üzvlüyünə namizədlər (2019)]][[Kateqoriya:Şəkidən çıxmış həkimlər]][[Kateqoriya:Şəkidən çıxmış pedaqoqlar]]
 
{{Şəxs
 
{{Şəxs
 
|Adı              = Elmira Hacıyeva
 
|Adı              = Elmira Hacıyeva

01:13, 26 may 2020 versiyası

Elmira Hacıyeva
Elmira Hacıyeva
Doğum tarixi 18 yanvar 1952 (1952-01-18) (72 yaş)
Doğum yeri Flag of the Soviet Union.svg SSRİ
Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Urnük, Ağdaş rayonu
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Milliyyəti azərbaycanlı
Təhsili Azərbaycan Dövlət Tibb İnstitutu

Elmira Hacıyeva (Elmira Ələkbər qızı Hacıyeva; d. 1952, Urnük, Ağdaş rayonu, Azərbaycan SSR, SSRİ) — Şəki Tibb Kollecinin direktoru (1988-ci ildən), Şəki şəhər bələdiyyəsinin üzvü (2020-ci ildən).

Haqqında məlumatlar

1952-ci ildə Ağdaş rayonunda ziyalı ailəsində anadan olub. 1958 – 1968-ci illərdə Nuxa şəhərindəki əvvəlcə 5, sonra isə 1 saylı orta məktəblərdə oxuyub. 1968-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun Pediatriya fakültəsinə daxil olub. 1974-cü ildə institutu bitirdikdən sonra 1974 – 1975-ci illərdə Bakı şəhər 6 saylı Uşaq xəstəxanasında internatura keçib. 1975-ci ildə Şəki 3 saylı Uşaq poliklinikasında sahə həkimi kimi əmək fəaliyyətinə başlayıb və 1976-cı ildən 1985-ci ilə qədər həmin poliklinikanın baş həkimi vəzifəsində çalışıb. 1985 – 88-ci illərdə Şəki Birləşmiş Uşaq Xəstəxanasına baş həkim vəzifəsində işlədikdən sonra 1988-ci ildə Şəki Tibb Kollecinə direktor təyin olunub və hazırda həmin vəzifədə çalışır.

1997-ci ildən YAP–ın üzvü və Şəki Tibb Kolleci YAP ərazi ilk təşkilatının sədridir. Xeyriyyəçidir. İşlədiyi dövrdə bir çox mükafatlarla – Fəxri-Fərmanlara və diplomlarla təltif edilib.

Azərbaycan Respublikasının ərazisində 2019-cu il 23 dekabr tarixdə keçirilmiş bələdiyyə seçkilərində Şəki şəhər bələdiyyəsi üzvlüyünə namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüşdür.

Mükafatları

  • Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2013-cü il tarixli 2952 nömrəli sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib.
  • Şəki şəhər icra hakimiyyətinin başçısı Elxan Usubovun 30 dekabr 2013-cü il tarixli sərəncamı ilə “Səhiyyə” nominasiyası üzrə “Zirvə” mükafatına layiq görülüb.

Həmçinin, bax:

Mənbələr

Şablon:Yaxşı məqalə