Elmira Hacıyeva

Bu məqalə Şəki Ensiklopediyasının çapa hazır məqaləsidir.
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur.
Şəki Ensiklopediyası səhifəsi
Elmira Hacıyeva
Hacıyeva Elmira Ələkbər qızı
Elmira Hacıyeva
Elmira Hacıyeva, 2019-cu il.
Doğum tarixi 18 yanvar 1952 (1952-01-18) (72 yaş)
Doğum yeri Urnük, Ağdaş rayonu, Azərbaycan SSR, SSRİ
Vətəndaşlıq SSRİ Azərbaycan
Milliyyəti azərbaycanlı
Təhsili Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutu, pediatriya fakültəsi (1968–1974)
Mükafatları "Tərəqqi" medalı

Elmira Hacıyeva — həkim-pediatr, Şəki Tibb Kollecinin direktoru və Şəki şəhər bələdiyyəsinin üzvü.

Haqqında məlumatlar[Vizual redaktə | HTML redaktə]

18 yanvar 1952-ci il tarixdə Ağdaş rayonunun Urnük kəndində, ziyalı ailəsində anadan olub. O vaxt atası həmin kənddə təyinatla işləyirdi, amma Nuxada anadan olmuşdu və əslən də nuxalı idi.

Təhsili[Vizual redaktə | HTML redaktə]

1958 – 1968-ci illərdə Nuxa şəhər 5 №-li orta məktəbində və Nuxa şəhər 1 №-li orta məktəbində,

1968 – 1974-cü illərdə isə Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun pediatriya fakültəsində təhsil alıb.

1974 – 1975-ci illərdə Bakı şəhər 6 saylı Uşaq xəstəxanasında internatura keçib.

Əmək fəaliyyəti[Vizual redaktə | HTML redaktə]

1975-ci ildə Şəki 3 saylı Uşaq poliklinikasında sahə həkimi kimi əmək fəaliyyətinə başlayıb.

1976 – 1985-ci illərdə Şəki 3 saylı Uşaq poliklinikasının,

1985 – 1988-ci illərdə isə Şəki Birləşmiş Uşaq Xəstəxanasının baş həkimi olub.

1988-ci ildə Şəki Tibb Məktəbinə direktor təyin olunub.

İctimai-siyasi aktivliyi[Vizual redaktə | HTML redaktə]

1997-ci ildən Yeni Azərbaycan Partiyasının üzvü və Şəki Tibb Kolleci YAP ərazi ilk təşkilatının sədridir.

2019-cu ildə Yeni Azərbaycan Partiyası tərəfindən Şəki şəhər bələdiyyəsinə namizədliyi irəli sürülüb.

23 dekabr 2019-cu il tarixdə keçirilmiş bələdiyyə seçkilərində Şəki şəhər bələdiyyəsinin üzvü seçilib.

Mükafatları[Vizual redaktə | HTML redaktə]

Ədəbiyyat[Vizual redaktə | HTML redaktə]

  1. “Şəki Bələdiyyəsi” qəzetinin saytı, Şəki bələdiyyəsi üzvlüyünə namizədlər, 2-ci səhifədə.
  2. "ŞƏKİ BƏLƏDİYYƏSİ ÜZRƏ NAMİZƏDLƏR ( 55 namizəd )". https://www.infocenter.gov.az (azərb.). İnformasiya Mərkəzi. 21 Jun 2021 tarixində arxivləşdirilib.

Həmçinin, bax:[Vizual redaktə | HTML redaktə]