Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb.
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!

Elnur Abdullayev

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Elnur Abdullayev
Abdullayev Elnur Rasif oğlu
Elnur Abdullayev
Elnur Abdullayev, 2022-ci il.
Anadan olub 20 oktyabr 1986 (1986-10-20) (37 yaş)
Anadan olduğu yer Şəki, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Uşaqları Abdullayev Rasif və Abdullayev Fərid
Atası Rasif Abdullayev
Anası Səmayə Əhmədova
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Peşələri informasiya texnologiyaları üzrə texnoloq, musiqi müəllimi (tar ixtisası üzrə)
Milliyyəti azərbaycanlı
Təhsili

 • Şəki Musiqi Texnikumu, tar ixtisası (2002–2006)

 • Müasir Humanitar Akademiyası (Rusiya Federasiyası), informasiya texnologiyaları texnoloqu ixtisası (2007–2013)
facebook səhifəsi

Elnur Abdullayev — Şəki şəhər Heydər Əliyev Mərkəzinin mühəndisi və Şəki şəhər bələdiyyəsinin sabiq üzvü.

Haqqında məlumatlar

20 oktyabr 1986-cı il tarixdə Şəkidə anadan olub.

Təhsili

2002 – 2006-cı illərdə Şəki Musiqi Texnikumunda tar ixtisası üzrə,

2007 – 2013-cü illərdə Müasir Humanitar Akademiyası (Rusiya Federasiyası) informasiya texnologiyaları texnoloqu ixtisası üzrə təhsil alıb.

Əmək fəaliyyəti

2009 – 2016-cı illərdə Şəki rayonunun Turan qəsəbəsindəki musiqi məktəbində müəllim,

2016 – 2018-cı illərdə “Modenis” MMC-nin “E-manat” ödəniş terminalları brendi üzrə bölgə nümayəndəsi vəzifəsində çalışıb.

2019-cu ildən Şəki şəhər Heydər Əliyev Mərkəzində mühəndisdir.

İctimai-siyasi aktivliyi

2015 – 2020-ci illərdə Şəki şəhər bələdiyyəsinin üzvü olub. 2020-ci il bələdiyyə seçkilərində öz təşəbbüsü ilə Şəki şəhər bələdiyyəsi üzvlüyünə namizədliyini irəli sürüb, lakin seçilməyib.

18 noyabr 2022-ci il tarixdə Şəki Şəhər İcra Hakimiyyəti yanında İctimai Şuranın üzvü seçilmişdir.

Təltif və mükafatları

  • Şəki şəhər İcra hakimiyyətinin “İnformasiya və kommunikasiya texnologiyalarının tədbiqi” nominasiyası üzrə “İlin qalibi” mükafatı (2009);
  • Şəki Regional Mədəniyyət İdarəsi və MİHİ Şəki rayon komitəsinin Fəxri fərmanı – “Dünya incəsənət günü” münasibəti ilə və mədəniyyət sahəsində səmərəli fəaliyyətinə görə (15.04.2022).
  • Şəki şəhər İcra hakimiyyətinin Fəxri fərmanı – Azərbaycan “Gənclər günü” və Şəkinin ictimai-mədəni həyatında fəal iştirakına görə (02.02.2023)
  • TÜRKSOY-un Təşəkkürnaməsi – Azərbaycan Bəstəkarlar İttifaqı və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Şəki “İpək Yolu” XII Beynəlxalq Musiqi Festivalının təşkilində iştirakına görə (05.07.2023).
  • Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi və Şəki Heydər Əliyev Mərkəzinin Fəxri fərmanı – “Heydər Əliyev İli” münasibəti ilə və Ulu öndərin irsinin təbliği sahəsində səmərəli fəaliyyətinə görə (31.12.2023).

Ədəbiyyat

  1. “Şəki Bələdiyyəsi” qəzetinin saytı, Şəki bələdiyyəsi üzvlüyünə namizədlər, 2-ci səhifə.
  2. "ŞƏKİ BƏLƏDİYYƏSİ ÜZRƏ NAMİZƏDLƏR ( 55 namizəd )". https://www.infocenter.gov.az (azərb.). İnformasiya Mərkəzi. 21 Jun 2021 tarixində arxivləşdirilib.
  3. İctimai Şura : Şəki Şəhər İcra Hakimiyyəti yanında İctimai Şuranın hesabatı : [arx. 19 Jun 2022 - 2 Dec 2022] // Şəki Şəhər İcra Hakimiyyəti. — Müraciət tarixi: 27.01.2023.
  4. Şəkidə “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda tədbir keçirilib : [arx. 22.02.2023] // Azərbaycan Respublikası Şəki Şəhər İcra Hakimiyyəti. — 2023. — 2 fevral. — Müraciət tarixi: 22.02.2023.

Həmçinin, bax: