Elvin Qarayev
Elvin Qarayev | |
---|---|
Qarayev Elvin Mahir oğlu | |
![]() | |
Elvin Qarayev. | |
Doğum tarixi | 29 yanvar 1993 |
Doğum yeri |
Şin, Şəki rayonu, ![]() |
İş yeri | AMEA Şəki Regional Elmi Mərkəzi |
Təhsili | Azərbaycan Dövlət Pedaqoji Universiteti, tarix və coğrafiya müəllimliyi ixtisası (2013–2017) |
facebook səhifəsi |
Elvin Qarayev — AMEA Şəki Regional Elmi Mərkəzinin əməkdaşı
Haqqında məlumatlar[redaktə | HTML redaktə]
29 yanvar 1993-cü il tarixdə Şəki rayonunun Şin kəndində anadan olub.
Təhsili[redaktə | HTML redaktə]
2010-cu ildə orta məktəbi bitirib.
2013 – 2017-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində təhsil alıb.
Hərbi xidmətdə[redaktə | HTML redaktə]
2011 – 2012-ci illərdə həqiqi hərbi xidmətdə olub.
Əmək fəaliyyəti[redaktə | HTML redaktə]
2017 – 2018-ci illərdə Şin kənd orta məktəbində tarix və coğrafiya müəllimi,
2018 – 2021-ci illərdə isə Azərbaycan Respublikasının Uşaq Hüquqlarının Müdafiəsi Liqasında autriç vəzifəsində çalışıb.
1 dekabr 2021-ci il tarixdən AMEA Şəki Regional Elmi Mərkəzinin ekoloji coğrafiya şöbəsinin işçisidir.
Elmi fəaliyyəti[redaktə | HTML redaktə]
8 elmi məqalənin müəllifidir. 10-dan çox beynəlxalq elmi konfransın, o cümlədən, II, III, IV “Təhsildə yeni çağırışlar” beynəlxalq təhsil forumununun iştirakçısıdır.
İctimai-siyasi fəaliyyəti[redaktə | HTML redaktə]
Yeni Azərbaycan partiyasının, Azərbaycan Respublikası Gənc Müəllimlər Assosiasiyasının və Azərbaycan Gənc Maarifçilər Assosiasiyasının üzvüdür.
2020-ci ildə Şin kənd bələdiyyəsinin üzvü seçilib.
© 2019 – 2023 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |
- E
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış alimlər
- Şəkidən çıxmış pedaqoqlar
- AMEA Şəki Regional Elmi Mərkəzinin işçiləri
- 29 yanvarda doğulanlar
- Yanvarda doğulanlar
- 1993-cü ildə doğulanlar
- Alimlər
- Şəxslər (ad sırası ilə)
- Şəki Ensiklopediyası:Yoxlanılmış məqalələr əlifba sırası ilə
- Şəki Ensiklopediyası:Çapa hazır məqalələr