Elxan Abdullayev — tanınmış pedaqoq və təhsil işçisi, Şəki Şəhər Təhsil Şöbəsinin müdiri vəzifəsini icra edən şəxs.

Elxan Abdullayev
Abdullayev Elxan Soltan oğlu
Elxan Abdullayev
Elxan Abdullayev.
Doğum tarixi 8 may 1961 (1961-05-08) (61 yaş)
Doğum yeri Nuxa (indiki Şəki), Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Atası Soltan Abdullayev
Anası Binyət Abdullayeva
Təhsili  • S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, mexanika-riyaziyyat fakültəsi (1977–1982)
Mükafatları Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi

Haqqında məlumatlarRedaktə

8 may 1961-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

TəhsiliRedaktə

1967 – 1977-ci illərdə əvvəl Nuxa/Şəki şəhər 16 №-li ibtidai məktəbində, sonra Şəki şəhər 11 №-li orta məktəbində, daha sonra isə Maksim Qorki adına Şəki şəhər 10 №-li orta məktəbində,

1977 – 1982-ci illərdə isə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsində təhsil alıb.

Əmək fəaliyyətiRedaktə

1982-ci ilin sentyabr ayından M.Qorki adına Şəki şəhər 10 №-li orta məktəbində müəllim,

1987-ci ilin sentyabr ayından Şəki Şəhər Təhsil Şöbəsində məktəblər üzrə inspektor (məsləhətçi),

2005-ci ilin mart ayından 2011-ci ilin iyul ayına qədər Şəki şəhər Rəşid bəy Əfəndiyev adına 10 №-li tam orta məktəbinin direktoru,

2011-ci ilin iyul ayından isə Şəki Şəhər Təhsil Şöbəsi müdirinin müavini vəzifəsində çalışıb.

29 dekabr 2021-ci il tarixdən Şəki Şəhər Təhsil Şöbəsinin müdiri vəzifəsini icra edir.

Təltif və mükafatlarıRedaktə

  • “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı (2021).

AiləsiRedaktə

Ailəlidir, 2 övladı və 4 nəvəsi var:

Həyat yoldaşı: Nərminə Abdullayeva Şəki şəhər 6 №-li tam orta məktəbinin direktorudur.

Qızı: Turan Kərimova ingilis dili müəllimidir, Şəki şəhər 10 №-li tam orta məktəbində və Şəki şəhər KBTRL-də dərs deyir.

Oğlu: Cahangir Abdullayev Şəki şəhər İH başçısının Küdürlü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavinidir.