Elxan Abdullayev
Elxan Abdullayev | |
---|---|
Abdullayev Elxan Soltan oğlu | |
![]() | |
Elxan Abdullayev, 2023-cü il. |
Elxan Abdullayev — tanınmış pedaqoq və təhsil işçisi, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin baş məsləhətçisi.
Haqqında məlumatlar[Vizual/Mobil redaktə | HTML redaktə]
8 may 1961-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
Təhsili[Vizual/Mobil redaktə | HTML redaktə]
1967 – 1977-ci illərdə əvvəl Nuxa/Şəki şəhər 16 №-li ibtidai məktəbində, sonra Şəki şəhər 11 №-li orta məktəbində, daha sonra isə Maksim Qorki adına Şəki şəhər 10 №-li orta məktəbində,
1977 – 1982-ci illərdə isə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsində təhsil alıb.
Əmək fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]
1982-ci ilin sentyabr ayından M.Qorki adına Şəki şəhər 10 №-li orta məktəbində müəllim,
1987-ci ilin sentyabr ayından Şəki Şəhər Təhsil Şöbəsində məktəblər üzrə inspektor (məsləhətçi),
2005-ci ilin mart ayından 2011-ci ilin iyul ayına qədər Şəki şəhər Rəşid bəy Əfəndiyev adına 10 №-li tam orta məktəbinin direktoru,
2011-ci ilin iyul ayından isə Şəki Şəhər Təhsil Şöbəsi müdirinin müavini vəzifəsində çalışıb.
29 dekabr 2021-ci il tarixdən Şəki Şəhər Təhsil Şöbəsinin müdiri,
2022-ci ilin may ayından Şəki rayonu üzrə təhsil sektorunun müdiri vəzifəsini icra edib.
2023-cü ilin fevral ayından Şəki-Zaqatala Regional Təhsil İdarəsinin baş məsləhətçisidir.
Təltif və mükafatları[Vizual/Mobil redaktə | HTML redaktə]
- “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı (2021);
- Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının (ATİAHİ) “Azərbaycan Həmkarlar İttifaqları – 100 il” yubiley medalı (2021).
Ailəsi[Vizual/Mobil redaktə | HTML redaktə]
Ailəlidir, 2 övladı və 4 nəvəsi var:
Həyat yoldaşı: Nərminə Abdullayeva Şəki şəhər 6 №-li tam orta məktəbinin direktorudur.
Qızı: Turan Kərimova ingilis dili müəllimidir, Şəki şəhər 10 №-li tam orta məktəbində və Şəki şəhər KBTRL-də dərs deyir.
Oğlu: Cahangir Abdullayev Şəki şəhər İH başçısının Küdürlü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavinidir.
Ədəbiyyat[Vizual/Mobil redaktə | HTML redaktə]
- Şəkidə təhsil: tarix, inkişaf yolu. — AMEA A.A.Bakıxanov adına Tarix İnstitutu. — Bakı, 2015. — Səhifələrin sayı: 542. — Səh.: 245.
Bildiriş[HTML redaktə]
...
...