Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur.

Elxan Məmmədov

Şəki Ensiklopediyası səhifəsi
Aydinsalis (Müzakirə | töhfələr) tərəfindən edilmiş 01:22, 18 iyun 2022 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Elxan Məmmədov
Məmmədov Elxan Səlhab oğlu
Elxan Məmmədov
Elxan Məmmədov, 2017-ci il.
Doğum tarixi 18 iyun 1979 (1979-06-18) (44 yaş)
Doğum yeri Bakı, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Atası Səlhab Məmmədov
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Milliyyəti azərbaycanlı
İxtisası futbolun idarəedilməsi
Təhsili

 • American İnterContinental Universiteti (ing. American InterContinental University, London, Böyük Britaniya, bakalavriatura, 1996–1999)

 • Salford Universiteti (ing. University of Salford, Mançester, Böyük Britaniya, 1995–)
Fəaliyyəti futbol
Mükafatları Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu — 2017

Elxan Məmmədov — FIFA-nın Avropa Milli Assosiasiyaları üzrə direktoru.

Haqqında məlumatlar

18 iyun 1979-cu il tarixdə Bakıda anadan olub.

Təhsili

1986 – 1996-cı illərdə Bakı şəhərində orta məktəbdə oxuyub.

1996-cı ildə American Universitetində (Girnə şəhəri, Şimali Kipr Türk Cümhuriyyəti) ingilis dili kurslarına qatılıb.

1996 – 1999-cu illərdə American İnterContinental Universitetində (London, Böyük Britaniya) təhsil alıb, biznesin idarə olunması və korporativ menecment üzrə bakalavr dərəcəsinə yiyələnib.

1998-ci ildə Westminster Universitetində (İngiltərə) biznesin idarə edilməsi kurslarında iştirak edib.

2011-cı ildən Salford Universitetində (Mançester, Böyük Britaniya) idarəetmə üzrə master dərəcəsi almaq üçün qiyabi təhsil almağa başlayıb.

Əmək fəaliyyəti

1996 – 1997-ci illərdə Bakıda «Bakı Yatırım Ltd.» Azərbaycan – Türkiyə birgə müəssisəsinin locistika şöbəsində müdir müavini vəzifəsində çalışıb.

1999-cu ildən Natavan Biznes Mərkəzinin idarəetmə şirkətində direktor müavini vəzifəsində işləməyə başlayıb və 7 aydan sonra həmin şirkətə direktor təyin olunub.

2007 – 2022-ci illərdə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının baş katibi olub.

1 may 2022-ci il tarixdən FIFA-nın Avropa Milli Assosiasiyaları üzrə direktoru vəzifəsində çalışır.

Təltif və mükafatları

Ailəsi

Ailəlidir, üç övladı var.

Atası: Səlhab Məmmədov Azərbaycan Respublikasının xalq rəssamı, Azərbaycan Rəssamlar İttifaqı sədrinin birinci müavini, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının professoru və beynəlxalq əlaqələr işləri üzrə prorektorudur.

Böyük qardaşı: Emin Məmmədov, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədridir (18 mart 2021-ci il tarixdən). Daha əvvəl Heydər Əliyev Fondunun mədəniyyət və incəsənət məsələləri üzrə müşaviri vəzifəsində çalışmışdır.

Ədəbiyyat

  1. "AFFA HAQQINDA / STRUKTUR / BAŞ KATIB". https://www.affa.az/ (azərb.). AFFA. 12 Sep 2017 – 7 Nov 2019 tarixində arxivləşdirilib.
  2. Elxan Məmmədova FIFA-da yüksək vəzifə verilib : [arx. 21 Apr 2022 - 25 Apr 2022] // Report.az. — 2022. — 20 aprel. — Müraciət tarixi: 17.06.2022.