Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

Emin Şəkinski

Şəki Ensiklopediyası səhifəsi
Vaqif Kərimov (Müzakirə | töhfələr) tərəfindən edilmiş 04:02, 3 dekabr 2020 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Emin Şəkinski
Emin Əkrəm oğlu Şəkinski
Emin Şəkinski.jpg
Emin Şəkinski
bayraqAzərbaycan Respublikasının
Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsinin Rəisi
bayraq
15 iyun 2016 — vəzifədədir
Sələfi Ceyhun Həsənov
2 aprel 2005 — 15 iyun 2016
Sələfi Zakir Nəsirov
Xələfi Arzu Daşdəmirov
bayraqAzərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Təhlükəsizlik İdarəsinin Rəisibayraq
10 yanvar 2004 — 2 aprel 2005
Şəxsi məlumatlar
Doğum tarixi 6 oktyabr 1960(1960-10-06)
Doğum yeri Bakı, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vəfat tarixi 21 oktyabr 2020 (60 yaşında)
Atası Əkrəm Şəkinski
Anası Fərəh Şəkinskaya
Təhsili

S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, tarix fakültəsi ( – 1982)

M.Ə.Rəsulzadə adına Azərbaycan Dövlət Universiteti, hüquq fakültəsi ( – 1993)
Hərbi xidmət
Rütbəsi Azərbaycan Silahlı Qüvvələrinin Quru Qoşunlarının general-mayoru.png General-mayor
Təltifləri "Azərbaycan Bayrağı" ordeni

Emin Şəkinski – polis general-mayoru, vəfat edərkən, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsinin rəisi idi.

Haqqında məlumatlar

10 iyun 1960-cı ildə Bakıda anadan olub.

Təhsili

1982-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini,

1993-cü ildə M.Ə.Rəsulzadə adına Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirib.

Əmək fəaliyyəti

1985-ci ildən Azərbaycan SSR daxili işlər orqanlarında xidməti fəaliyyətə başlayıb. Bakı şəhəri Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsində şöbə rəisi, Yasamal Rayon Polis İdarəsinin 26-cı polis bölməsinin rəisi, Xətai Rayon Polis İdarəsinin rəis müavini vəzifələrində işləyib.

2004-cü ilin avqust ayında isə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Təhlükəsizlik İdarəsinin rəisi vəzifəsinə irəli çəkilib.

2005-ci ilin aprel ayında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Cinayət Axtarış İdarəsinin rəisi vəzifəsinə təyin edilib.

Mükafatları

Ailəsi

  • Atası: Əkrəm Şəkinski (1929 – 1998), mühəndis-geoloq və dövlət xadimi olub, 1991 – 1998-ci illərdə Azərbaycan Respublikası Geologiya və Mineral Ehtiyatlar Komitəsinin sədri və s. məsul vəzifələrdə çalışıb.
  • Anası: Fərəh Şəkinskaya (1929 – 2016), dövlət və mədəniyyət xadimi, Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi olub, 1989 – 1993-cü illərdə Azərbaycan SSR/Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini vəzifəsində çalışıb.
  • Oğlu:, öz sağlığında yol qəzasında həlak olub.

Şablon:Yaxşı məqalə