Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasına məxsusdur.

Emin Məmmədov

Şəki Ensiklopediyası səhifəsi
Aydinsalis (Müzakirə | töhfələr) tərəfindən edilmiş 16:12, 17 iyun 2021 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Emin Məmmədov
Məmmədov Emin Səlhab (Salxab) oğlu
Emin Məmmədov
Emin Məmmədov.
İş yeri “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti (İdarə Heyətinin sədri)
Mükafatları "Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi" fəxri adı — 2012
"Tərəqqi" medalı — 2019

Emin Məmmədov — tanınmış mədəniyyət işçisi, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri.

Haqqında məlumatlar

Heydər Əliyev Fondunun mədəniyyət və incəsənət məsələləri üzrə müşaviri olaraq Azərbaycanda və Avropanın bir sıra ölkələrində çoxsaylı sərgilərin keçirilməsinə rəhbərlik edib.

18 mart 2021-ci il tarixindən “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədridir.

Təltif və mükafatları

  • Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi” fəxri adı – Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə (2012);
  • “Tərəqqi” medalı – Heydər Əliyev Fondunun 15 illiyi münasibətilə və Azərbaycanın ictimai və mədəni həyatında səmərəli fəaliyyətlərinə görə (2019);
  • Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin fəxri fərmanı – Azərbaycan mədəniyyətinin təbliğində və inkişafında səmərəli fəaliyyətinə görə (2020).

Ailəsi

Ailəlidir, üç övladı var.

Atası: Səlhab Məmmədov Azərbaycan Respublikasının xalq rəssamı, Azərbaycan Rəssamlar İttifaqı sədrinin birinci müavini, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının professoru və beynəlxalq əlaqələr işləri üzrə prorektorudur.

Kiçik qardaşı: Elxan Məmmədov AFFA-nın baş katibidir.

Ədəbiyyat

  1. "Əməkdar incəsənət xadimi Emin Məmmədov Mədəniyyət Nazirliyinin Fəxri Fərmanı ilə təltif edildi". http://mct.gov.az/ (azərb.). Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin rəsmi saytı. 28.12.2020. 28 Dec 2020 - 2 Mar 2021 tarixində arxivləşdirilib.
  2. "E.S.Məmmədovun "Azərxalça" Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". https://president.az/ (azərb.). Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. 18 mart 2021. 17 Jun 2021 tarixində arxivləşdirilib.