Emin Sabitoğlu: Redaktələr arasındakı fərq

Şəki Ensiklopediyası səhifəsi
Redaktənin izahı yoxdur
Redaktənin izahı yoxdur
Sətir 144: Sətir 144:


=== Mükafatları ===
=== Mükafatları ===
* [[Lenin komsomolu mükafatı]] — 1968;
* [[Lenin komsomolu mükafatı]] — 1968;
*“[[Azərbaycan SSR əməkdar incəsənət xadimi]]” fəxri adı — 1979;
* “[[Azərbaycan SSR əməkdar incəsənət xadimi]]” fəxri adı — 1979;
*[[Azərbaycan SSR dövlət mükafatı]] — 1986;
* [[Azərbaycan SSR dövlət mükafatı]] — 1986;
*[["Şöhrət" ordeni (Azərbaycan)|“Şöhrət” ordeni]] — 1997;
* [["Şöhrət" ordeni (Azərbaycan)|“Şöhrət” ordeni]] — 1997;
*“[[Azərbaycan Respublikasının xalq artisti]]” fəxri adı — 28 oktyabr 2000;
* “[[Azərbaycan Respublikasının xalq artisti]]” fəxri adı — 28 oktyabr 2000;
* Azərbaycan Teatr Xadimləri İttifaqının [["Qızıl Dərviş" mükafatı‎|“Qızıl Dərviş” mükafatı]] — 2001.
* Azərbaycan Teatr Xadimləri İttifaqının [["Qızıl Dərviş" mükafatı‎|“Qızıl Dərviş” mükafatı]] — 2001.



01:30, 16 noyabr 2021 versiyası

Emin Sabitoğlu
Mahmudov Emin Sabit oğlu
Emin Sabitoğlu
Emin Sabitoğlu.
Şəxsi məlumatlar
Doğum tarixi 2 noyabr 1937(1937-11-02)
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 18 noyabr 2000 (63 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Dəfn yeri İkinci Fəxri Xiyaban, Bakı, Azərbaycan
Vətəndaşlığı SSRİ Azərbaycan
Peşəsi bəstəkar
Atası Sabit Rəhman

Təhsili

 • Azərbaycan Dövlət Konservatoriyası, bəstəkarlıq fakültəsi Qara Qarayevin sinfi (1954–1956)

 • Çaykovski adına Moskva Dövlət Konservatoriyası, Yuri Şoporinin bəstəkarlıq sinfi (1956–1961)
Mükafatları Lenin komsomolu mükafatı — 1968"Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 1979Azərbaycan SSR dövlət mükafatı — 1986"Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 2000"Qızıl Dərviş" mükafatı
"Şöhrət" ordeni  — 1997

Emin Sabitoğlu (1937–2000) — SSRİ və Azərbaycan bəstəkarı, çoxsaylı məşhur Azərbaycan mahnılarının və film musiqilərinin müəllifi, Azərbaycan Respublikasının xalq artisti.

Haqqında məlumatlar

2 noyabr 1937-ci il tarixdə Bakıda anadan olub.

Təhsili

1944 – 1954-cü illərdə orta ixtisas musiqi məktəbində,

1954 – 1956-cı illərdə Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq fakültəsində – Qara Qarayevin sinfində,

1956 – 1961-ci illərdə isə Çaykovski adına Moskva Dövlət Konservatoriyasında – Yuri Şoporinin bəstəkarlıq sinfinə təhsil alıb.

Əmək fəaliyyəti

1961 – 1994-cü illərdə əvvəlcə “Azərbaycanfilm” kinostudiyasında musiqi redaktoru, sonra Azərbaycan Dövlət Filarmoniyasında bədii rəhbər və Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında müəllim işləyib.

1994 – 2000-ci illərdə əmək fəaliyyətini İstanbul Texniki Universitetinin Xalq Musiqisi Konservatoriyasında davam etdirib.

Yaradıcılığı

1 simfoniya, 3 simfonik poema, 3 kantata, simli kvartet, skripka və fortepiano üçün poema və 600-dən artıq mahnı yazıb.

22 bədii, 14 sənədli və mənzərə filminin, 4 qısametrajlı filmin, 9 musiqili komediyanın, çoxsaylı teatr tamaşalarının musiqisini bəstələyib.

Filmoqrafiya

Filmoqrafiya

Səs operatoru kimi

  1. Dağlarda zavod (qısametrajlı sənədli film).

Musiqi tərtibatçısı kimi

  1. 150 il. Mirzə Fətəli Axundov (film, 1962) (qısametrajlı sənədli film).
  2. Möhtəşəm tikintinin adamları (film, 1962) (qısametrajlı sənədli film).
  3. Paltar fabriki (film, 1962) (qısametrajlı sənədli film).
  4. Sənin tərcümeyi-halın (film, 1963) (qısametrajlı sənədli film).
  5. Sabahın xeyir, Bakı! (film, 1964) (qısametrajlı sənədli film).
  6. Böyük bostan (film, 1965) (qısametrajlı sənədli film).
  7. Camışçılıq (film, 1966) (qısametrajlı sənədli film).
  8. Cəlil Məmmədquluzadə (film, 1966) (qısametrajlı sənədli film).

Bəstəkar kimi

  1. Azərbaycanın subtropiklərində (film, 1963) (qısametrajlı sənədli film).
  2. Kür (film, 1963) (qısametrajlı sənədli film).
  3. Yollar və küçələrlə (film, 1963) (qısametrajlı sənədli film).
  4. Dağ meşəsindən keçərkən... (film, 1964) (qısametrajlı bədii film).
  5. Dəniz (film, 1965) (qısametrajlı sənədli film).
  6. Dostluq məşəli (film, 1965) (qısametrajlı sənədli film).
  7. Azəri teatrının ustaları (film, 1966) (tammetrajlı sənədli film).
  8. Dostların ölkəsində (film, 1966) (qısametrajlı sənədli film).
  9. O geri çəkilməlidir (film, 1966) (qısametrajlı sənədli film).
  10. Salam, Azərbaycan! (film, 1966) (qısametrajlı sənədli film).
  11. Səməd Vurğun (film, 1966) (qısametrajlı sənədli film).
  12. Azərbaycan çayı (film, 1967) (qısametrajlı sənədli film).
  13. Hünər əbədidir (film, 1967) (qısametrajlı sənədli film).
  14. Poçt qutusu (film, 1967) (qısametrajlı bədii film).
  15. Sahil bağı (film, 1967) (qısametrajlı bədii film).
  16. Bizim Cəbiş müəllim (film, 1969) (tammetrajlı bədii film).
  17. Çiçək yağışı (film, 1971) (qısametrajlı sənədli film).
  18. Gün keçdi (film, 1971) (tammetrajlı bədii film).
  19. Baladadaşın ilk məhəbbəti (film, 1974) (qısametrajlı bədii film).
  20. Qeyri-adi ov (film, 1974) (qısametrajlı sənədli film).
  21. Dədə Qorqud (film, 1975) (tammetrajlı bədii film).
  22. Dörd bazar günü (film, 1975) (tammetrajlı bədii film).
  23. Ad günü (film, 1977) (tammetrajlı bədii film).
  24. Bayquş gələndə... (film, 1978) (tammetrajlı bədii film).
  25. Dantenin yubileyi (film, 1978) (tammetrajlı bədii film).
  26. Od içində (film, 1978) (tammetrajlı bədii film).
  27. Bizi bağışlayın (film, 1979) (tammetrajlı bədii film).
  28. İstintaq (film, 1979) (tammetrajlı bədii film).
  29. Onun bəlalı sevgisi (film, 1980) (tammetrajlı bədii film).
  30. Bağlı qapı (film, 1981) (tammetrajlı bədii film).
  31. Evləri köndələn yar (film, 1982) (televiziya tamaşası).
  32. Park (film, 1984) (tammetrajlı bədii film).
  33. Bəyin oğurlanması (film, 1985) (tammetrajlı bədii film).
  34. Qanlı zəmi (film, 1985) (tammetrajlı bədii film).
  35. Özgə ömür (film, 1987) (tammetrajlı bədii film).
  36. Yaramaz (film, 1988) (tammetrajlı bədii film).
  37. Gülüş sanatoriyası (film, 1989) (televiziya tamaşası).
  38. Ölsəm... bağışla (film, 1989) (tammetrajlı bədii film).
  39. Balıqların harayı (film, 1990) (qısametrajlı sənədli film).
  40. Qətldən yeddi gün sonra (film, 1991) (tammetrajlı bədii film).
  41. Mənim çörəkli dünyam (film, 1991) (qısametrajlı sənədli film).
  42. Təhminə (film, 1993) (tammetrajlı bədii film).
  43. Həm ziyarət, həm ticarət... (film, 1995) (tammetrajlı bədii film).
  44. Otel otağı (film, 1998) (tammetrajlı bədii film).

Əsərlərindən istifadə olunan filmlər

  1. Oxuyur Şövkət Ələkbərova (film, 1970) (qısametrajlı sənədli televiziya film-konserti).
  2. Payız melodiyaları (film, 1974) (tammetrajlı sənədli televiziya film-konserti).
  3. Azərbaycan elləri (film, 1976) (qısametrajlı sənədli televiziya film-konserti).
  4. De ki, məni sevirsən! (film, 1977) (tammetrajlı bədii film).
  5. Nəğməkar torpaq (film, 1981) (tammetrajlı musiqili film).
  6. Salam, Zeynəb! (film, 1982) (qısametrajlı sənədli film).
  7. Dairə (film, 1989) (qısametrajlı bədii film).
  8. Qayıdış (film, 1992) (qısametrajlı sənədli film).
  9. Qafqaz (film, 2007) (tammetrajlı bədii film).
  10. Evləri göydələn yar (film, 2010) (tammetrajlı bədii film).
  11. Dmitrov küçəsi 86 (film, 2015) (qısametrajlı bədii film).
  12. Qonşu qadın (film, 2015) (qısametrajlı bədii film).

İştirak etdiyi filmlər

  1. Aktrisanın təbəssümü (film, 1974) (tammetrajlı bədii-sənədli film).
  2. Salam, Zeynəb! (film, 1982) (qısametrajlı sənədli film).

Aktyor kimi

  1. Dantenin yubileyi (film, 1978) (tammetrajlı bədii film).
  2. Özgə ömür (film, 1987) (tammetrajlı bədii film).
  3. Təhminə (film, 1993) (tammetrajlı bədii film).

Haqqında çəkilən film

  1. Gün keçdi (film, 2012) (qısametrajlı sənədli film).

Mükafatları

Vəfatı

2000-ci ilin noyabrında atası Sabit Rəhmanın 90 illik yubiley tədbirində iştirak etmək üçün İstanbuldan Bakıya gəlib. Yubiley tədbiri noyabrın 22-də Milli Dram Teatrında keçirilməli idi. Lakin 18 noyabr 2000-ci il tarixdə, səhərə yaxın ürək tutmasından vəfat edib.

Bakıda – İkinci Fəxri Xiyabanda dəfn olunub.

Xatirəsi

Emin Sabitoğlunun xatirə lövhəsi (Bakı).

5 avqust 2017-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 80 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalamışdır.

Ailəsi

Yazıçı Sabit Rəhmanın və ixtisasca kimyaçı olan İsmət xanım İrəvanskinin oğludur.

Müğənni Xədicə Abbasova ilə ailə həyatı qurub.

Musiqişünas Ceyran Mahmudovanın atasıdır.

Ədəbiyyat

  1. Məmmədov Ə., Xalıqov F. Mahmudov Emin Sabit oğlu // Şəki: Alim və ziyalılar. — Bakı: “Elm”, 2007. — 2 cilddə. — II  cild. — Səhifələrin sayı:  428. — Səh.: 246-250. — 600 nüsx. — ISBN 5-8066-1708-4.
  2. Bürcəliyeva Şəhla (21 avqust 2011). "Emin Sabitoğlu-kinonun ruhunu duyan bəstəkar". https://kayzen.az/ (azərb.). “Mədəniyyət” qəzeti. 2 Dec 2011 - 4 Aug 2020 tarixində arxivləşdirilib.