Fərid Əlibalayev
Vaqif Kərimov (Müzakirə | töhfələr) tərəfindən edilmiş 15:40, 25 may 2021 tarixli dəyişiklik
Fərid Əlibalayev | |
---|---|
Əlibalayev Fərid Nadir oğlu | |
Fərid Əlibalayev. | |
Doğum tarixi | 26 may 1982 |
Doğum yeri | Şəki, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlıq | SSRİ→ Azərbaycan |
Təhsili |
Azərbaycan Neft Akademiyası, ingiliscə ( – 2003) Blekinge Texnologiya İnstitutu (İsveç), magistratura |
Fərid Əlibalayev — 10 cildlik Azərbaycan Sovet Ensiklopediyasının bütün səhifələrini bir-bir skan edərək internetə yerləşdirmiş və internet istifadəçiləri üçün əlçatan etmiş iki şəxsdən biri[1]. Həmçinin, dəfələrlə intellektual yarışmaların fəal iştirakçısı və qalibi olub.
Haqqında məlumatlar
26 may 1982-ci il tarixdə Şəkidə, ziyalı ailəsində anadan olub.
Təhsili
1999-cu ildə Səki fizika riyaziyyat humanitar liseyini,
2003-cü ildə Azərbaycan Neft Akademiyasını (ingiliscə) bitirib.
Daha sonra Blekinge Texnologiya İnstitutunda (İsveç) magistr təhsil alıb.
Əmək fəaliyyəti
“Baker Hughes” şirkətinin əməkdaşıdır.
İstinadlar
- ↑ 2021-ci ildə Elmi Spektr açıq elmi platformasının Habitat Tərcümə Layihəsi çərçivəsində Fərid Əlibalayev və Naqi Məhəmmədzadə tərəfindən Azərbaycan Sovet Ensiklopediyasının bütün səhifələri dijitallaşdırılaraq internetə tam yerləşdirilib.