Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur.

Fərman İsmayılov

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Fərman İsmayılov
İsmayılov Fərman Qəhrəman oğlu
Fərman İsmayılov
Fərman İsmayılov.
Doğum tarixi 20 yanvar 1936(1936-01-20)
Doğum yeri Baş Göynük, Nuxa (indiki Şəki) rayonu, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR
Vəfat tarixi 10 noyabr 2018 (82 yaşında)
Vəfat yeri Bakı, Flag of Azerbaijan.svg Azərbaycan
Dəfn yeri Yasamal qəbiristanlığı, Bakı, Flag of Azerbaijan.svg Azərbaycan
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Elmi dərəcəsi fəlsəfə elmləri doktoru
Elmi adı professor
Uşaqları Cövdət, Xəyyam və bir qız

Fərman İsmayılov (1936–2018) — fəlsəfə elmləri doktoru, Bakı Dövlət Universitetinin professoru.

Haqqında məlumatlar

20 yanvar 1936-cı il tarixdə Nuxa (indiki Şəki) rayonunun Baş Göynük kəndində anadan olub.

Təhsili

1956-cı ildə Baş Göynük kənd orta məktəbini,

1962-cı ildə isə M.F.Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutunun ingilis dili fakültəsini bitirib.

1965-ci ildə Azərbaycan SSR EA Fəlsəfə və Hüquq İnstitutunun aspiranturasına qəbul olunub.

Elmi fəaliyyəti

1970-cı ildə “Fəlsəfə və ali dil (linqvistik analiz fəlsəfəsinin metodoloji prinsiplərinin tənqidi)” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.

1996-cı ildə ona dissertasiya müdafiə etmədən fəlsəfə elmləri doktoru elmi dərəcəsi verilib.

Əmək fəaliyyəti

1962-ci ildən M.F.Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutunda işləyib. O cümlədən, əvvəl müəllim, sonra baş müəllim,

1973-cü ildən isə dosent vəzifəsini tutub.

1978-ci ilin martında S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin fəlsəfə kafedrasında dosent vəzifəsinə seçilib.

1992-ci ildən Bakı Dövlət Universitetinin Şəki filialının direktoru və eyni zamanda humanitar elmlər kafedrasının müdiri vəzifəsində çalışıb.

2001-ci ildən pedaqoji fəaliyyətini Məmmədəmin Rəsulzadə adına Bakı Dövlət universitetində davam etdirib.

İctimai aktivliyi

Sovet dövründə iki dəfə iki dəfə Bakı şəhər Nəsimi rayon sovetinin deputatı seçilmişdir.

Vəfatı

10 noyabr 2018-ci il tarixdə – 82 yaşında, Bakıda vəfat edib. Bakıda Yasamal qəbiristanlığında dəfn olunub.

Ədəbiyyat

  1. Məmmədov Ə., Xalıqov F. İsmayılov Fərman // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  582. — Səh.: 289-291. — 1.000 nüsx.
  2. Professor Fərman İsmayılov vəfat edib : [arx. 25.01.2022] // Aznews.az. — 2018. — 10 noyabr. — Müraciət tarixi: 25.01.2022.