Fərrux İsmayılov

Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur.
Şəki Ensiklopediyası səhifəsi
Fərrux İsmayılov
İsmayılov Fərrux Cabbar oğlu
Fərrux İsmayılov, 1970-ci il.
bayraqAzərbaycan KP Nuxa Şəhər Komitəsinin birinci katibibayraq
1953 — 1955
Sələfi Soltan Əzizov
Xələfi Zəbi Quliyev
Şəxsi məlumatlar
Doğum tarixi 24 iyun 1913(1913-06-24)
Doğum yeri Nuxa (indiki Şəki), Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası
Vəfat tarixi 29 sentyabr 1971 (58 yaşında)
Vəfat yeri Şəki, Şəki rayonu, Azərbaycan SSR, SSRİ
Təhsili

Nuxa Pedaqoji Texnikumu (–1932)

 • Azərbaycan Dövlət Pedaqoji İnstitutu, tarix fakültəsi (1934–1939, 1947)

 • Bakı Ali Partiya Məktəbi(az) (1947–1949)

 • Ali Partiya Məktəbi(ru) yanında birilllik kurs (Moskva, 1949–1950)
Təltifləri "1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı — 1945

Fərrux İsmayılov (1913–1971) — Azərbaycan sovet partiya və dövlət məmuru, tanınmış pedaqoq, Şəki şəhər 19 №-li orta məktəbinin direktoru. Daha əvvəllər Azərbaycan KP Nuxa Şəhər Komitəsinin birinci katibi vəzifəsində çalışmışdır.

Haqqında məlumatlar[Vizual redaktə | HTML redaktə]

24 iyun 1913-cü il tarixdə Nuxada (indiki Şəki), yoxsul ailədə anadan olub.

Təhsili[Vizual redaktə | HTML redaktə]

1932-ci ildə Nuxa Pedaqoji Texnikumunu bitirib.

1934 – 1939-cu illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun tarix fakültəsində təhsil alıb, lakin orduya çağırıldığına görə təhsilini Böyük Vətən müharibəsindən sonra – 1947-ci ildə tamamlayıb.

1947 – 1949-cu ildə Bakı Ali Partiya Məktəbində təhsil alıb.

1949 – 1950-ci illərdə Moskva Ali Partiya Məktəbi nəzdində rəhbər partiya işçiləri hazırlayan birillik kursu bitirib.

Əmək fəaliyyəti[Vizual redaktə | HTML redaktə]

1932-ci ildə orta məktəb müəllimi kimi əmək fəaliyyətinə başlayıb.

1945-ci ildə Azərbaycan KP MK Nuxa Şəhər Komitəsində mühazirəçi,

1949 – 1951-ci illərdə Azərbaycan KP MK-da təlimatçı,

1951 – 1953-cü illərdə Azərbaycan KP Nuxa Şəhər Komitəsinin əvvəl katibi, sonra ikinci katibi,

1954-cü ilin yanvar ayından Azərbaycan KP Nuxa Şəhər Komitəsinin birinci katibi,

1954 – 1966-cı illərdə əvvəl Nuxa Şəhər Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsi sədrinin müavini, sonra “Bilik” cəmiyyəti Nuxa rayon şöbəsi idarə heyətinin sədri, daha sonra Azərbaycan KP Nuxa Şəhər Komitəsi siyasi maarif kabinetinin müdiri,

1966 – 1971-ci illərdə Nuxa/Şəki şəhər 19 №-li orta məktəbin direktoru vəzifəsində çalışıb.

Digər[Vizual redaktə | HTML redaktə]

1939 – 1945-ci illərdə sovet ordusunda hərbi xidmətdə olmuş, Böyük Vətən müharibəsi iştirak etmiş, Moskva və Stalinqrad cəbhələrində vuruşmuşdur.

Təltif və mükafatları[Vizual redaktə | HTML redaktə]

Bir orden və bir neçə medalla təltif olunub.

Vəfatı[Vizual redaktə | HTML redaktə]

29 sentyabr 1971-ci il tarixdə – 58 yaşında, Şəkidə vəfat edib.

Həmçinin, bax:[Vizual redaktə | HTML redaktə]

Ədəbiyyat[Vizual redaktə | HTML redaktə]

  1. Исмаилов Фаррух Джаббарович : [arx. 28.09.2021] : [rus.] // Память народа. — Müraciət tarixi: 28.09.2021.
  2. Məmmədov Ə., Xalıqov F. İsmayılov Fərrux // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  582. — Səh.: 286-287. — 1.000 nüsx.
  3. Şükürov R., Orsər R. İsmayılov Fərrux Cabbar oğlu // İşıq məbədi. — Bakı: İdeal-Print, 2010. — Səhifələrin sayı:  310. — Səh.: 170. — (Ş 4702060200). — 1.000 nüsx. — ISBN 978995244710.