Fərrux Həmidzadə: Redaktələr arasındakı fərq

Şəki Ensiklopediyası səhifəsi
Sətir 78: Sətir 78:
[[Nuxa rayon və şəhər sovetlərinin deputatları (1948)|1948]], [[Nuxa rayon və şəhər sovetlərinin deputatları (1961)|1961]] və [[Nuxa şəhər və Vartaşen rayon sovetlərinin deputatları (1963)|1963]]-cü illərdə Nuxa şəhər Sovetinin, [[Nuxa rayon və şəhər sovetlərinin deputatları (1951)|1951]], [[Nuxa rayon və şəhər sovetlərinin deputatları (1957)|1957]], [[Nuxa rayon və şəhər sovetlərinin deputatları (1959)|1959]], [[Nuxa rayon və şəhər sovetlərinin deputatları (1965)|1965]]-ci illərdə isə Nuxa rayon Sovetinin deputatı seçilib.
[[Nuxa rayon və şəhər sovetlərinin deputatları (1948)|1948]], [[Nuxa rayon və şəhər sovetlərinin deputatları (1961)|1961]] və [[Nuxa şəhər və Vartaşen rayon sovetlərinin deputatları (1963)|1963]]-cü illərdə Nuxa şəhər Sovetinin, [[Nuxa rayon və şəhər sovetlərinin deputatları (1951)|1951]], [[Nuxa rayon və şəhər sovetlərinin deputatları (1957)|1957]], [[Nuxa rayon və şəhər sovetlərinin deputatları (1959)|1959]], [[Nuxa rayon və şəhər sovetlərinin deputatları (1965)|1965]]-ci illərdə isə Nuxa rayon Sovetinin deputatı seçilib.


1948-ci ildə şəhər sovetinin birinci sessiyasında şəhər sovetinin icraiyyə komitəsinin heyətinə üzv seçilib. O cümlədən, şəhər sovetinin birinci sessiyasında şəhər sovetinin səhiyyə şöbəsi müdiri təsdiq edilib.
1948-ci ildə şəhər sovetinin birinci sessiyasında şəhər sovetinin icraiyyə komitəsinin heyətinə üzv seçilib. O cümlədən, şəhər sovetinin birinci sessiyasında şəhər sovetinin səhiyyə şöbəsi müdiri vəzifəsinə təsdiq edilib.


===Vəfatı===
===Vəfatı===

01:14, 3 yanvar 2023 versiyası

Fərrux Həmidzadə
Həmidzadə Fərrux Yunus oğlu
Fərrux Həmidzadə
Fərrux Həmidzadə.
Doğum tarixi 11 aprel 1913(1913-04-11)
Doğum yeri Nuxa (indiki Şəki), Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası
Vəfat tarixi 1 may 1974 (61 yaşında)
Vəfat yeri Şəki, Azərbaycan SSR, SSRİ
Həyat yoldaşı Aişə
Uşaqları Dinar, Şəfəq, Nigar
Atası Yunus
Anası Xatın
Təhsili

 • Nuxa Kənd Təsərrüfatı Texnikumunu

 • Azərbaycan Tibb İnstitutu, müalicə-profilaktika fakültəsi (1932–1937)
Mükafatları "Azərbaycan SSR əməkdar həkimi" fəxri adı — 1964
"Döyüş xidmətlərinə görə" medalı — 1942"Qafqazın müdafiəsinə görə" medalı — 1944"Qırmızı Ulduz" ordeni — 1944I dərəcəli "Vətən Müharibəsi" ordeni — 1945"1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı — 1945"İgidliyə görə" medalı

Fərrux Həmidzadə (1913–1974) — tanınmış həkim-cərrah, Böyük Vətən müharibəsi iştirakçısı, tibb xidməti polkovniki, Azərbaycan SSR əməkdar həkimi, Şəki Mərkəzi Rayon Xəstəxanasının baş həkimi.

Haqqında məlumatlar

11 aprel 1913-cü il tarixdə Nuxada (indiki Şəki), fəhlə ailəsində anadan olub.

Təhsili

Nuxada yeddillik məktəbi və

Nuxa Kənd Təsərrüfatı Texnikumunu bitirib.

1932 – 1937-ci illərdə Azərbaycan Tibb İnstitutunun müalicə-profilaktika fakültəsində təhsil alıb.

Əmək fəaliyyəti

Şəki Mərkəzi Rayon Xəstəxanasının həkim və feldşerləri xəstəxananın baş həkimi Fərrux Həmidzadənin kabinetində (soldan: Samiyə Ocaqova, Vəhyəddin Səlimov, Gülü İlyasov (feldşer, ayaq üstə), Əsəd Məmmədov, Cabbar, Rövşən (feldşer), Adilə, Nəsib Əbdürrəhmanov, Fərrux Həmidzadə (baş həkim), Cavahir Abbasova, Sabir Həmidov), 1973-cü il.

Nuxa Kənd Təsərrüfatı Texnikumunu bitirdikdən sonra 1932-ci ilədək Nuxa rayonunun Baş Zəyzid kəndində aqronom,

1937 – 1941-ci illərdə əvvəl bir müddət Gədəbəy rayon xəstəxanasında, sonra isə Qax rayon xəstəxanasında baş həkim,

1945 – 1948-ci illərdə Nuxa şəhər mərkəzi xəstəxanasında cərrah,

1948 – 1963-cü illərdə əvvəl Nuxa şəhər, sonra Nuxa rayon, daha sonra yenidən Nuxa şəhər səhiyyə şöbəsinin müdiri,

1963 – 1968-ci illərdə Nuxa şəhər sanitar xəstəxanasının,

1968 – 1974-cü illərdə Şəki Mərkəzi Rayon Xəstəxanasının baş həkimi vəzifəsində çalışıb.

Hərbi xidmətdə

1944-cü ildə Fərrux Həmidzadənin “Qırmızı Ulduz” ordenini ilə təltif edilməsi üçün tərtib edilmiş təqdimat.

Böyük Vətən müharibəsinin (1941–1945) iştirakçısıdır. 1945-ci ildə polkovnik rütbəsi ildə ordudan tərxis olunub.

Təltif və mükafatları

İctimai-siyasi fəaliyyəti

1948, 19611963-cü illərdə Nuxa şəhər Sovetinin, 1951, 1957, 1959, 1965-ci illərdə isə Nuxa rayon Sovetinin deputatı seçilib.

1948-ci ildə şəhər sovetinin birinci sessiyasında şəhər sovetinin icraiyyə komitəsinin heyətinə üzv seçilib. O cümlədən, şəhər sovetinin birinci sessiyasında şəhər sovetinin səhiyyə şöbəsi müdiri vəzifəsinə təsdiq edilib.

Vəfatı

1 may 1974-cü il tarixdə – 61 yaşında, Şəkidə vəfat edib.

Ailəsi

Övladları: Dinar – anestezioloq-reanimatoloq, Şəfəq – göz həkimi, NigarŞəki Şəhər Uşaq İncəsənət Məktəbində fortepiano müəllimi.

Ədəbiyyat

  1. Гамидзаде Фаррух Юнус-оглы : [arx. 19.07.2021] : [rus.] // Память народа. — Müraciət tarixi: 19.07.2021.
  2. Гамид-заде Фаррух Юнус-оглы : Картотека награждений : [arx. 22.07.2021] : [rus.] // Память народа. — Müraciət tarixi: 22.07.2021.
  3. Mete Ə. Doktor Həmidzadə // O torpağın övladları. — Bakı: Nurlan, 2006. — Səhifələrin sayı:  608. — Səh.: 342-343. — 500 nüsx.
  4. Əsədov Q. (2016). "ŞƏKİNİN SƏHİYYƏ TARİXİ - (II hissə)". www.municipality.shaki.info (azərb.). “Şəki bələdiyyəsi” qəzeti. 3 Nov 2020 tarixində arxivləşdirilib.
  5. Əsədov Q. (2016). "ŞƏKİNİN SƏHİYYƏ TARİXİ - (III hissə)". www.municipality.shaki.info (azərb.). “Şəki bələdiyyəsi” qəzeti. 3 Nov 2020 tarixində arxivləşdirilib.