Fərrux Həmidzadə

Şəki Ensiklopediyası səhifəsi
Aydinsalis (müzakirə | redaktələr) (→‎Əmək fəaliyyəti) tərəfindən edilmiş 16:16, 13 aprel 2021 tarixli redaktə
Fərrux Həmidzadə
Həmidzadə Fərrux Yunus oğlu
Fərrux Həmidzadə
Fərrux Həmidzadə.
Doğum tarixi 1913(1913-Şablondakı doğum və ya ölüm tarixində texniki yanlışlıq var!-00)
Doğum yeri Nuxa, Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası
Vəfat tarixi 1 may 1974 (61 yaşında)
Vəfat yeri Şəki, Azərbaycan SSR, SSRİ
Təhsili

Nuxa Kənd Təsərrüfatı Texnikumunu

Azərbaycan Tibb İnstitutu, müalicə-profilaktika fakültəsi (1932–1937)
Mükafatları "Azərbaycan SSR əməkdar həkimi" fəxri adı

Fərrux Həmidzadə (1913–1974) — tanınmış həkim-cərrah, Böyük Vətəm müharibəsi iştirakçısı, tibb-polkovniki, Azərbaycan SSR əməkdar həkimi, Şəki Mərkəzi Rayon Xəstəxanasının baş həkimi.

Haqqında məlumatlar

1913-cü ildə Nuxada, fəhlə ailəsində anadan olub.

Təhsili

Nuxada yeddillik məktəbi və

Nuxa Kənd Təsərrüfatı Texnikumunu bitirib.

1932 – 1937-ci illərdə Azərbaycan Tibb İnstitutunun müalicə-profilaktika fakültəsində təhsil alıb.

Əmək fəaliyyəti

Nuxa Kənd Təsərrüfatı Texnikumunu bitirdikdən sonra 1932-ci ilədək Nuxa rayonunun Baş Zəyzid kəndində aqronom,

1937 – 1941-ci illərdə əvvəl bir müddət Gədəbəy rayon xəstəxanasında, sonra isə Qax rayon xəstəxanasında baş həkim,

1945 – 1948-ci illərdə Nuxa şəhər mərkəzi xəstəxanasında cərrah,

1948 – 1963-cü illərdə Nuxa rayon səhiyyə şöbəsinin müdiri,

1963 – 1968-ci illərdə Nuxa şəhər sanitar xəstəxanasının,

1968 – 1974-cü illərdə Şəki Mərkəzi Rayon Xəstəxanasının baş həkimi vəzifəsində çalışıb.

Hərbi xidmətdə

1941 – 1945-ci illər Böyük Vətən müharibəsinin iştirakçısıdır. 1945-ci ildə polkovnik rütbəsi ildə ordudan tərxis olunub.

Təltif və mükafatları

  • SSRİ Ali Baş Komandanın təşəkkürü (5 dəfə) və sovet orden medalları – Böyük Vətən müharibəsində göstərdiyi şücaətlərə görə;
  • Azərbaycan SSR əməkdar həkimi” fəxri adı;
  • “Səhiyyə əlaçısı” döş nişanı.

İctimai-siyasi fəaliyyəti

1957-ci ildə Nuxa Rayon Sovetinin deputatı seçilib.

Vəfatı

1 may 1974-cü il tarixdə – 61 yaşında, Şəkidə vəfat edib.

Ailəsi

Qızları: Dinar – anestezioloq-reanimatoloq; Şəfəq – göz həlimi.

Ədəbiyyat

  1. Mete Ə. Doktor Həmidzadə // O torpağın övladları. — Bakı: Nurlan, 2006. — Səhifələrin sayı:  608. — Səh.: 342 – 343. — 500 nüsx.
  2. Əsədov Q. (2016). "ŞƏKİNİN SƏHİYYƏ TARİXİ - (III hissə)". www.municipality.shaki.info (azərb.). “Şəki bələdiyyəsi” qəzeti. 3 Nov 2020 tarixində arxivləşdirilib.
  3. Əsədov Q. (2016). "ŞƏKİNİN SƏHİYYƏ TARİXİ - (II hissə)". www.municipality.shaki.info (azərb.). “Şəki bələdiyyəsi” qəzeti. 3 Nov 2020 tarixində arxivləşdirilib.

Şablon:Yaxşı məqalə