Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

"Fərrux Yusifov" səhifəsinin versiyaları arasındakı fərqlər

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Sətir 47: Sətir 47:
  
 
===Hərbi xidmət===
 
===Hərbi xidmət===
3 oktyabr 1940-cı il tarixdə SSRİ Silahlı Qüvvələrində xidmətə götürülüb (Quba Rayon Hərbi Komissarlığından). Böyük Vətən müharibəsində (1941–1945) iştirak edib, 3 ordenlə təltif olunub.
+
3 oktyabr 1940-cı il tarixdə SSRİ Silahlı Qüvvələrində xidmətə götürülüb (Quba Rayon Hərbi Komissarlığından). Böyük Vətən müharibəsində (1941–1945) iştirak edib, siyasi rəhbər ({{dil-ru|Полити́ческий руководи́тель (сокр. политрук)}})<ref name=Q1 group=qeyd/>, sonra isə kapitan hərbi rütbəsinə malik olub. Müharibə dövründə 3 ordenlə və bir neçə medalla təltif olunub.
  
31 dekabr 1945-ci il tarixdə kapitan hərbi rütbəsi ilə ordudan tərxis olunub.
+
31 dekabr 1945-ci il tarixdə ordudan tərxis olunub.
  
 
===Əmək fəaliyyəti===
 
===Əmək fəaliyyəti===

21:49, 19 iyul 2021 versiyası

Fərrux Yusifov
Yusifov Fərrux Oruc oğlu
Fərrux Yusifov
Fərrux Yusifov, 1967-ci il.
Doğum tarixi 17 aprel 1916(1916-04-17)
Doğum yeri Kiş, Nuxa qəzası, Yelizavetpol quberniyası, Flag of Russia.svg Rusiya İmperiyası
Vəfat tarixi 2 iyul 1976 (60 yaşında)
Vəfat yeri Bakı, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİ
İş yeri SSRİ-nin 50 illiyi adına Azərbaycan Dövlət Pedaqoji Xarici Dillər İnstitutu, elmi kommunizm kafedrası (müdir)
Elmi dərəcəsi elmlər doktoru
Təhsili

 • Nuxa Pedaqoji Texnikumu

 • Sov.İKP MK yanında İctimai Elmlər Akademiyası
Mükafatları "Qırmızı Ulduz" ordeni — 1944"Qırmızı Ulduz" ordeni — 1944I dərəcəli "Vətən Müharibəsi" ordeni — 1945

Fərrux Yusifov (1916–1976) — Azərbaycan sovet partiya, dövlət, elm və təhsil xadimi, pedaqoq, elmlər doktoru, SSRİ-nin 50 illiyi adına Azərbaycan Dövlət Pedaqoji Xarici Dillər İnstitutunun elmi kommunizm kafedrasının müdiri. Müxtəlif illərdə Azərbaycan SSR Mədəniyyət nazirinin müavini, Azərbaycan KP MK Nuxa şəhər komitəsinin birinci katibi və s. vəzifələrdə də çalışmışdır.

Haqqında məlumatlar

17 aprel 1916-cı il tarixdə Nuxa qəzasının Kiş kəndində anadan olub.

Təhsili

Nuxa Pedaqoji Texnikumunu bitirib(1940-ci ildən əvvəl).

1945-ci ildən, Böyük Vətən müharibəsindən sonra ali təhsil alıb və həmçinin Sov.İKP MK yanında İctimai Elmlər Akademiyasını bitirib.

Hərbi xidmət

3 oktyabr 1940-cı il tarixdə SSRİ Silahlı Qüvvələrində xidmətə götürülüb (Quba Rayon Hərbi Komissarlığından). Böyük Vətən müharibəsində (1941–1945) iştirak edib, siyasi rəhbər (rus.: Полити́ческий руководи́тель (сокр. политрук))[qeyd 1], sonra isə kapitan hərbi rütbəsinə malik olub. Müharibə dövründə 3 ordenlə və bir neçə medalla təltif olunub.

31 dekabr 1945-ci il tarixdə ordudan tərxis olunub.

Əmək fəaliyyəti

1940-cı ilədək kənd məktəblərində müəllim, dərs hissə müdiri, direktor,

1950 – 1954-cü illərdə əvvəl Azərbaycan KP MK-da instruktor, sonra Azərbaycan KP Zaqatala rayon komitəsinin katibi,

1954 – 1957-ci illərdə Azərbaycan SSR Mədəniyyət nazirinin müavini,

1957 – 1960-cı illərdə Azərbaycan KP MK Nuxa şəhər komitəsinin birinci katibi,

1960 – 1969-ci illərdə, müxtəlif vaxtlarda Azərbaycan SSR Ali və Orta ixtisas Təhsili Nazirliyi idarəsinin rəhbəri, Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunda mənədi-maarif kafedrasının müdiri vəzifəsində çalışıb.

1969 – 1976-cı illərdə M.F.Axundov adına Rus Dili və Ədəbiyyatı İnstitutunda/SSRİ-nin 50 illiyi adına Azərbaycan Dövlət Pedaqoji Xarici Dillər İnstitutunda işləyib; o cümlədən,

1971-ci ildən elmi kommunizm kafedrasının müdiri olub.

Elmi fəaliyyəti

Namizədlik və doktorluq dissertasiyalarını müdafiə edib.

İctimai fəallığı

Azərbaycan SSR Ali Sovetinin deputatı, Azərbaycan Kommunist Partiyasının XXII və XXIII qurultaylarının nümayəndəsi seçilib.

Mükafatları

Vəfatı

3 iyul 1976-cı il tarixdə – 60 yaşında, Bakıda vəfat edib.

Xatirəsi

Şəki şəhərində bir küçəyə adı verilib.

Digər

Ədəbiyyat

  1. Юсупов Фарух Аруззивич : [arx. 19.07.2021] : [rus.] // Память народа. — Müraciət tarixi: 18.07.2021.
  2. Ф.О.Юсубов (некролог) (rus.) // Бакинский рабочий : газета. — Баку, 1976.
  3. Юсубов, Фаррух Орудж оглы : [arx. 06.07.2020] : [rus.] // GreenZED.com. — 2019. — 15 июля. — Müraciət tarixi: 19.07.2021.

Şablon:Yaxşı məqalə
Sitat səhvi: <ref> tags exist for a group named "qeyd", but no corresponding <references group="qeyd"/> tag was found