Fərrux Yusifov: Redaktələr arasındakı fərq

Şəki Ensiklopediyası səhifəsi
Sətir 75: Sətir 75:


===Vəfatı===
===Vəfatı===
3 iyul 1976-cı il tarixdə – 60 yaşında, Bakıda vəfat edib.
3 iyul 1976-cı il tarixdə – 63 yaşında, Bakıda vəfat edib.


===Xatirəsi===
===Xatirəsi===

19:55, 17 aprel 2021 versiyası

Fərrux Yusifov
Yusifov Fərrux Oruc oğlu
Fərrux Yusifov
Fərrux Yusifov, 1967-ci il.
Doğum tarixi 11 aprel 1913(1913-04-11)
Doğum yeri Kiş, Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası
Vəfat tarixi 3 iyul 1976 (63 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlıq SSRİ
İş yeri SSRİ-nin 50 illiyi adına Azərbaycan Dövlət Pedaqoji Xarici Dillər İnstitutu, elmi kommunizm kafedrası (müdir)
Elmi dərəcəsi elmlər doktoru
Təhsili

Nuxa Pedaqoji Texnikumu

Sov.İKP MK yanında İctimai Elmlər Akademiyası
Mükafatları "Qırmızı Ulduz" ordeni"Qırmızı Ulduz" ordeniI dərəcəli "Vətən Müharibəsi" ordeni

Fərrux Yusifov (1916–1976) — Azərbaycan sovet partiya, dövlət, elm və təhsil xadimi, pedaqoq, elmlər doktoru, SSRİ-nin 50 illiyi adına Azərbaycan Dövlət Pedaqoji Xarici Dillər İnstitutunun elmi kommunizm kafedrasının müdiri. Müxtəlif illərdə Azərbaycan SSR Mədəniyyət nazirinin müavini, Azərbaycan KP MK Nuxa şəhər komitəsinin birinci katibi və s. vəzifələrdə də çalışmışdır.

Haqqında məlumatlar

11 aprel 1913-cü il tarixdə Nuxa qəzasının Kiş kəndində anadan olub.

Təhsili

Əvvəl pedaqoji orta (1940-ci ildən əvvəl), Böyük Vətən müharibəsindən sonra (1945) isə ali təhsil alıb, həmçinin Sov.İKP MK yanında İctimai Elmlər Akademiyasını bitirib.

Əmək fəaliyyəti

1940-cı ilədək kənd məktəblərində müəllim, dərs hissə müdiri, direktor,

1950 – 1954-cü illərdə əvvəl Azərbaycan KP MK-da instruktor, sonra Azərbaycan KP Zaqatala rayon komitəsinin katibi,

1954 – 1957-ci illərdə Azərbaycan SSR Mədəniyyət nazirinin müavini,

1957 – 1960-cı illərdə Azərbaycan KP MK Nuxa şəhər komitəsinin birinci katibi,

1960 – 1969-ci illərdə, müxtəlif vaxtlarda Azərbaycan SSR Ali və Orta ixtisas Təhsili Nazirliyi idarəsinin rəhbəri, Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunda mənədi-maarif kafedrasının müdiri vəzifəsində çalışıb.

1969 – 1976-cı illərdə M.F.Axundov adına Rus Dili və Ədəbiyyatı İnstitutunda/SSRİ-nin 50 illiyi adına Azərbaycan Dövlət Pedaqoji Xarici Dillər İnstitutunda işləyib; o cümlədən,

1971-ci ildən elmi kommunizm kafedrasının müdiri olub.

Elmi fəaliyyəti

Namizədlik və doktorluq dissertasiyalarını müdafiə edib.

İctimai fəallığı

Azərbaycan SSR Ali Sovetinin deputatı, Azərbaycan Kommunist Partiyasının XXII və XXIII qurultaylarının nümayəndəsi seçilib.

Hərbi xidmət

1940-cı ildə hərbi xidmətə gedib, Böyük Vətən müharibəsində (1941 – 1945) iştirak edib.

Mükafatları

Vəfatı

3 iyul 1976-cı il tarixdə – 63 yaşında, Bakıda vəfat edib.

Xatirəsi

Şəki şəhərində bir küçəyə adı verilib.

Digər

Ədəbiyyat

  1. Ф.О.Юсубов (некролог) (rus.) // Бакинский рабочий : газета. — Баку, 1976.
  2. "ЮСУБОВ, ФАРРУХ ОРУДЖ ОГЛЫ" (русский). июня 15, 2019. 6 Jul 2020 tarixində arxivləşdirilib.

Şablon:Yaxşı məqalə