Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

Fərrux Yusifov

Şəki Ensiklopediyası səhifəsi
Aydinsalis (Müzakirə | töhfələr) tərəfindən edilmiş 11:29, 16 aprel 2021 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Fərrux Yusifov
Yusifov Fərrux Oruc oğlu
Fərrux Yusifov
Fərrux Yusifov, 1967-ci il.
Doğum tarixi 17 aprel 1916(1916-04-17)
Doğum yeri Kiş, Nuxa qəzası, Yelizavetpol quberniyası, Flag of Russia.svg Rusiya İmperiyası
Vəfat tarixi 3 iyul 1976 (60 yaşında)
Vəfat yeri Bakı, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİ
İş yeri SSRİ-nin 50 illiyi adına Azərbaycan Dövlət Pedaqoji Xarici Dillər İnstitutu, elmi kommunizm kafedrası (müdir)
Elmi dərəcəsi elmlər doktoru
Təhsili

Nuxa Pedaqoji Texnikumu

Sov.İKP MK yanında İctimai Elmlər Akademiyası
Mükafatları "Qırmızı Ulduz" ordeni"Qırmızı Ulduz" ordeniI dərəcəli "Vətən Müharibəsi" ordeni

Fərrux Yusifov (1916–1976) — Azərbaycan sovet partiya, dövlət, elm və təhsil xadimi, pedaqoq, elmlər doktoru, SSRİ-nin 50 illiyi adına Azərbaycan Dövlət Pedaqoji Xarici Dillər İnstitutunun elmi kommunizm kafedrasının müdiri. Müxtəlif illərdə Azərbaycan SSR Mədəniyyət nazirinin müavini, Azərbaycan KP MK Nuxa şəhər komitəsinin birinci katibi və s. vəzifələrdə də çalışmışdır.

Haqqında məlumatlar

17 aprel 1916-cı il tarixdə Nuxa qəzasının Kiş kəndində anadan olub.

Təhsili

Əvvəl pedaqoji orta (1940-ci ildən əvvəl), Böyük Vətən müharibəsindən sonra (1945) isə ali təhsil alıb, həmçinin Sov.İKP MK yanında İctimai Elmlər Akademiyasını bitirib.

Əmək fəaliyyəti

1940-cı ilədək kənd məktəblərində müəllim, dərs hissə müdiri, direktor,

1950 – 1954-cü illərdə əvvəl Azərbaycan KP MK-da instruktor, sonra Azərbaycan KP Zaqatala rayon komitəsinin katibi,

1954 – 1957-ci illərdə Azərbaycan SSR Mədəniyyət nazirinin müavini,

1957 – 1960-cı illərdə Azərbaycan KP MK Nuxa şəhər komitəsinin birinci katibi,

1960 – 1969-ci illərdə, müxtəlif vaxtlarda Azərbaycan SSR Ali və Orta ixtisas Təhsili Nazirliyi idarəsinin rəhbəri, Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunda mənəni-maarif kafedrasının müdiri vəzifəsində çalışıb.

1969 – 1976-cı illərdə M.F.Axundov adına Rus Dili və Ədəbiyyatı İnstitutunda/SSRİ-nin 50 illiyi adına Azərbaycan Dövlət Pedaqoji Xarici Dillər İnstitutunda işləyib; o cümlədən,

1971-ci ildən elmi kommunizim kafedrasının müdiri olub.

Elmi fəaliyyəti

Namizədlik və doktorluq dissertasiyalarını müdafiə edib.

İctimai fəallığı

Azərbaycan SSR Ali Sovetinə deputat, Azərbaycan Kommunist Partiyasının XXII və XXIII qurultaylarına nümayəndə seçilib.

Hərbi xidmət

1940-cı ildə hərbi xidmətə gedib, Böyük Vətən müharibəsində (1941 – 1945) iştirak edib.

Mükafatları

Xatirəsi

Şəki şəhərində bir küçəyə adı verilib.

Digər

Ədəbiyyatr

  1. Ф.О.Юсубов (некрлог) (rus.) // Бакинский рабочий : газета. — Баку, 1976.
  2. "ЮСУБОВ, ФАРРУХ ОРУДЖ ОГЛЫ" (русский). июня 15, 2019. 6 Jul 2020 tarixində arxivləşdirilib.

Şablon:Yaxşı məqalə