Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb.
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!

Fətəli xan Xoyski

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Fətəli xan Xoyski
Xoyski Fətəli xan İsgəndər oğlu
Fətəli xan Xoyski.png
Fətəli xan Xoyski, 1906-cı il.
bayraqAzərbaycan Cümhuriyyətinin xarici işlər naziribayraq
24 dekabr 1919 — 1 aprel 1920
Sələfi Məmməd Yusif Cəfərov
Xələfi vəzifə ləğv edilib
26 dekabr 1918 — 14 mart 1919
Sələfi Əlimərdan bəy Topçubaşov
Xələfi Məmməd Yusif Cəfərov
bayraqAzərbaycan Cümhuriyyəti Nazirlər Şurasının sədribayraq
28 may 1918 — 14 mart 1919
Sələfi vəzifə təsis edilib
Xələfi Nəsib bəy Yusifbəyli
bayraqAzərbaycan Cümhuriyyətinin daxili işlər naziribayraq
28 may 1918 — 17 iyun 1918
Sələfi vəzifə təsis edilib
Xələfi Behbud xan Cavanşir
bayraqAzərbaycan Cümhuriyyətinin ədliyyə naziribayraq
17 iyun 1918 — 6 oktyabr 1918
Sələfi Xəlil bəy Xasməmmədov
Xələfi Teymur bəy Makinski
Şəxsi məlumatlar
Doğum tarixi 7 dekabr 1875(1875-12-07)
Doğum yeri Nuxa (indiki Şəki), Nuxa qəzası, Yelizavetpol quberniyası, Flag of Russia.svg Rusiya İmperiyası
Vəfat tarixi 19 iyun 1920 (44 yaşında)
Vəfat yeri Tiflis, Gürcüstan Demokratik Respublikası
Vəfat səbəbi sui-qəsd
Atası İskəndər xan Xoyski
Uşağı Tamara xanım Xoyskaya
Təhsili Moskva Universiteti (1897)
Avtoqraf İmza
Commons-logo.svg Commonsda da Fətəli xan Xoyski ilə əlaqəli mediafayllar var

Fətəli xan Xoyski (1875–1920) — görkəmli dövlət xadimi; 1918 – 2020-ci illərdə əvvəl Azərbaycan Cümhuriyyətinin nazirlər şurasının sədri və daxili işlər naziri, sonra isə xarici işlər naziri vəzifəsində çalışmışdır.

Haqqında məlumatlar

7 dekabr 1875-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili

Yelizavetpol gimnaziyasını bitirib.

1897-cı ildə Moskva Universitetinin hüquq fakültəsini bitirib.

Əmək fəaliyyəti

1897 – 1907-ci illərdə əvvəl Yelizavetpol dairə məhkəməsi yanında məhkəmə vəzifələri üçün kiçik namizəd təyin olunub; sonra Kutaisi, Zuqdidi və Suxumidə bir neçə il məhkəmə-hüquq sahəsində vəzifələr tutub.

1917-ci ilin oktyabrından 1918-ci ilin aprelinədək Bakı şəhər Dumasına rəhbərlik edib.

1917-ci ilin noyabr ayının 15-dən 1918-ci ilin fevral ayının 10-dək Zaqafqaziya komissarlığı nəzdində xalq maarif komissarı olub.

1918-ci ilin aprel ayından Zaqafqaziya hökumətinin ədliyyə naziri təyin olunub.

1918-ci ilin may ayının 28-dən iyun ayının 17-dək Azərbaycan Cümhuriyyətinin Nazirlər Şurasının sədri, eyni vaxtda daxili işlər naziri,

1918-ci ilin dekabr ayının 26-dan 1919-cu ilin mart ayının 14-dək və

1919-cu ilin dekabr ayının 24-dən 1920-ci ilin aprel ayının 1-dək isə Azərbaycan Cümhuriyyətinin xarici işlər naziri vəzifəsində çalışıb.

İctimai-siyasi aktivliyi

1907-ci ildə Rusiya imperiyasının II Dövlət dumasına deputat seçilib.

Xoyski (sol tərəfdə oturub) İkinci Dövlət dumasının bir qrup deputatı ilə birlikdə.

Zaqafqaziya Seyminin (10 fevral—26 may 1918) üzvü idi; Müsavat və demokratik bitərəf qrupun fraksiyasına daxil olmuşdur. Müvəqqəti Azərbaycan Milli Şurasının (27 may—7 dekabr) üzvü. Mayın 27-dən Milli Şuranın icraiyyə komitəsinin sədri olmuşdur.

Xoyskinin Azərbaycanın müstəqilliyinin elan edilməsi barədə bir sıra dövlətlərin xarici işlər nazirlərinə göndərdiyi radioqramın surəti. 30 may 1918-ci il.

Azərbaycan Parlamentinin (7 dekabr 1918—27 aprel 1920) üzvü. Zaqafqaziya respublikalarının nümayəndələri konfransında Azərbaycan nümayəndə heyətinin üzvü idi (25 aprel—30 may 1919, Tiflis).

Vəfatı

Bakıda Sovet hakimiyyəti qurulduqdan sonra Tiflisə köçmüş, orada 19 iyun 1920-ci il tarixdə erməni-qatil tərəfindən qətlə yetirilmişdir. Dəfn mərasimini Tiflisdəki İran konsulluğu təşkil edib.

Ailəsi

İslamı qəbul edərək Ceyran xanım adını almış Yevqeniya Vasilevna ilə evli olub.

Üç uşağı vardı: qızı Tamara (1902-1990) və iki oğlu Murad (1910-1973) və Ənvər (1914-1935).

Qızı Tamara xanım Azərbaycan SSR KP MK-nın sədri, Azərbaycan SSR maliyyə xalq komissarı və Tacikistan SSR Kommunist Partiyası MK-nın birinci katibi vəzifəsində işləmiş Mirzə Davud Hüseynova ərə getmişdir.

Oğlu: Murad Bakıda nəqliyyat idarəsində çalışıb.

Kiçik oğlu: Ənvər Moskvada əməliyyat olunduqdan sonra diabet xəstəliyi səbəbindən narkozdan sonra oyanmayıb və vəfat edib.

Xatirəsi

Anadan olmasının 120 illiyi münasibəti ilə buraxılmış marka
  • Bakı şəhərin prospektlərindən biri Fətəli xan Xoyskinin adını daşıyır.
  • 1997-ci ildə Azərbaycanda Xoyskiyə həsr olunmuş poçt markası buraxılıb
  • Dəfn olduğu yerdə yəni Tbilisi nəbatat bağının ərazisində qəbirüstü abidəsi ucaldılıb.
  • Bakıda (İstiqlaliyyət küçəsində) Fətəli xan Xoyskinin 1918-ci ildən 1920-ci ilədək yaşamış olduğu evin divarında, barelyef vurulub.
  • Şəkidə əvvəllər Karl Marks adını daşımış küçəyə onun adı verilib.

Ədəbiyyat

  1. Mərdanov M, Tahirzadə Ə. XOYSKİ Fətəli xan İsgəndər xan oğlu // 1920-ci ilədək ali məktəblərdə oxumuş azərbaycanlılar (ensiklopedik soraq kitabı). — F-İ hərflər. — Bakı: Təhsil, 2019. — III  cild. — Səh.: 368–381. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 22 aprel 2021.

Video