Fətəli xan Xoyski
Fətəli xan Xoyski | |
---|---|
Xoyski Fətəli xan İsgəndər oğlu | |
![]() | |
Fətəli xan Xoyski, 1906-cı il. |
Fətəli xan Xoyski (1875–1920) — görkəmli dövlət xadimi; 1918 – 2020-ci illərdə əvvəl Azərbaycan Cümhuriyyətinin nazirlər şurasının sədri və daxili işlər naziri, sonra isə xarici işlər naziri vəzifəsində çalışmışdır.
Haqqında məlumatlar[Vizual/Mobil redaktə | HTML redaktə]
7 dekabr 1875-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
Təhsili[Vizual/Mobil redaktə | HTML redaktə]
Yelizavetpol gimnaziyasını bitirib.
1897-cı ildə Moskva Universitetinin hüquq fakültəsini bitirib.
Əmək fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]
1897 – 1907-ci illərdə əvvəl Yelizavetpol dairə məhkəməsi yanında məhkəmə vəzifələri üçün kiçik namizəd təyin olunub; sonra Kutaisi, Zuqdidi və Suxumidə bir neçə il məhkəmə-hüquq sahəsində vəzifələr tutub.
1917-ci ilin oktyabrından 1918-ci ilin aprelinədək Bakı şəhər Dumasına rəhbərlik edib.
1917-ci ilin noyabr ayının 15-dən 1918-ci ilin fevral ayının 10-dək Zaqafqaziya komissarlığı nəzdində xalq maarif komissarı olub.
1918-ci ilin aprel ayından Zaqafqaziya hökumətinin ədliyyə naziri təyin olunub.
1918-ci ilin may ayının 28-dən iyun ayının 17-dək Azərbaycan Cümhuriyyətinin Nazirlər Şurasının sədri, eyni vaxtda daxili işlər naziri,
1918-ci ilin dekabr ayının 26-dan 1919-cu ilin mart ayının 14-dək və
1919-cu ilin dekabr ayının 24-dən 1920-ci ilin aprel ayının 1-dək isə Azərbaycan Cümhuriyyətinin xarici işlər naziri vəzifəsində çalışıb.
İctimai-siyasi aktivliyi[Vizual/Mobil redaktə | HTML redaktə]
1907-ci ildə Rusiya imperiyasının II Dövlət dumasına deputat seçilib.

Zaqafqaziya Seyminin (10 fevral—26 may 1918) üzvü idi; Müsavat və demokratik bitərəf qrupun fraksiyasına daxil olmuşdur. Müvəqqəti Azərbaycan Milli Şurasının (27 may—7 dekabr) üzvü. Mayın 27-dən Milli Şuranın icraiyyə komitəsinin sədri olmuşdur.

Azərbaycan Parlamentinin (7 dekabr 1918—27 aprel 1920) üzvü. Zaqafqaziya respublikalarının nümayəndələri konfransında Azərbaycan nümayəndə heyətinin üzvü idi (25 aprel—30 may 1919, Tiflis).
Vəfatı[Vizual/Mobil redaktə | HTML redaktə]
Bakıda Sovet hakimiyyəti qurulduqdan sonra Tiflisə köçmüş, orada 19 iyun 1920-ci il tarixdə erməni-qatil tərəfindən qətlə yetirilmişdir. Dəfn mərasimini Tiflisdəki İran konsulluğu təşkil edib.
Ailəsi[Vizual/Mobil redaktə | HTML redaktə]
İslamı qəbul edərək Ceyran xanım adını almış Yevqeniya Vasilevna ilə evli olub.
Üç uşağı vardı: qızı Tamara (1902-1990) və iki oğlu Murad (1910-1973) və Ənvər (1914-1935).
Qızı Tamara xanım Azərbaycan SSR KP MK-nın sədri, Azərbaycan SSR maliyyə xalq komissarı və Tacikistan SSR Kommunist Partiyası MK-nın birinci katibi vəzifəsində işləmiş Mirzə Davud Hüseynova ərə getmişdir.
Oğlu: Murad Bakıda nəqliyyat idarəsində çalışıb.
Kiçik oğlu: Ənvər Moskvada əməliyyat olunduqdan sonra diabet xəstəliyi səbəbindən narkozdan sonra oyanmayıb və vəfat edib.
Xatirəsi[Vizual/Mobil redaktə | HTML redaktə]

- Bakı şəhərin prospektlərindən biri Fətəli xan Xoyskinin adını daşıyır.
- 1997-ci ildə Azərbaycanda Xoyskiyə həsr olunmuş poçt markası buraxılıb
- Dəfn olduğu yerdə yəni Tbilisi nəbatat bağının ərazisində qəbirüstü abidəsi ucaldılıb.
- Bakıda (İstiqlaliyyət küçəsində) Fətəli xan Xoyskinin 1918-ci ildən 1920-ci ilədək yaşamış olduğu evin divarında, barelyef vurulub.
- Şəkidə əvvəllər Karl Marks adını daşımış küçəyə onun adı verilib.
Ədəbiyyat[Vizual/Mobil redaktə | HTML redaktə]
- Mərdanov M, Tahirzadə Ə. XOYSKİ Fətəli xan İsgəndər xan oğlu // 1920-ci ilədək ali məktəblərdə oxumuş azərbaycanlılar (ensiklopedik soraq kitabı). — F-İ hərflər. — Bakı: Təhsil, 2019. — III cild. — Səh.: 368–381. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 22 aprel 2021.
Video[Vizual/Mobil redaktə | HTML redaktə]
Bildiriş[Vizual/Mobil redaktə | HTML redaktə]
...